Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb.
Milli.Az xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub.
Gümüşün qiyməti də azalıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüş 1,42 dollar və ya 2,13% ucuzlaşaraq bir unsiya üçün 65,38 dollara enib.
Sənaye metalları arasında misin qiyməti 4,80 sent və ya 0,74% azalaraq bir funt üçün 6,4 dollar təşkil edib.
Platin bazarında da eniş müşahidə olunub. Spot platinin qiyməti 30,90 dollar və ya 1,82% azalaraq 1 667,63 dollara düşüb.
Analitiklər qiymətli metallardakı ucuzlaşmanı Yaxın Şərqdə gərginliyin genişlənməyəcəyinə dair gözləntilərin güclənməsi, investorların mənfəət realizasiyası və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər. Bu amillər təhlükəsiz sığınacaq aktivlərinə tələbi zəiflədib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bundan başqa, məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, və avtomobi
16 noyabrAzərbaycanda kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki yaşayış kompleksindən 27, Sumqayıt şəhəri, Sülh prospektindəki yaşayış kompleksindən 38 və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsindəki yaşayış kompleksində
17 noyabrAzərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %
13 noyabrQızıl bazarında son vəziyyət
5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını
5 noyabrAzərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda
17 noyabrAzərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?
Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat
2 noyabrQızıl və gümüş bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib
9 noyabr