Dünyada yeni Ebola xəbərdarlığı: Peyvəndlərin təsir etmədiyi ölümcül ştamm yayıldı

Dünyada yeni Ebola xəbərdarlığı: Peyvəndlərin təsir etmədiyi ölümcül ştamm yayıldıŞərqi Afrikada yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq artır.

Milli.Az xəbər verir ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) xəbərdarlıq edib ki, mövcud vəziyyət nəzarət altına alınmasa, bu epidemiya indiyədək qeydə alınmış ən ağır Ebola dalğalarından birinə çevrilə bilər.

Qurumun məlumatına görə, maliyyə çatışmazlığı, davam edən silahlı qarşıdurmalar və səhiyyə sistemindəki problemlər virusun yayılmasını sürətləndirən əsas amillərdir.

Hazırkı epidemiya daha az rast gəlinən Bundibuqyo ştammı ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, bu virus növünə qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. İndiyədək Ebola ilə mübarizədə əsas diqqət Zaire ştammına yönəldiyindən, Bundibuqyo variantına qarşı hazırlıq kifayət qədər olmayıb.

Hazırda xəstələrə yalnız simptomları azaltmağa yönəlmiş dəstəkləyici müalicə tətbiq edilir. Ölüm göstəricisinin 30-50 faiz arasında dəyişməsi isə vəziyyəti daha da ağırlaşdırır.

Hazırda virusa yoluxduğu ehtimal olunan və izlənilməsi mümkün olmayan 26 mindən çox insanın olduğu qeyd edilir.

Beynəlxalq maliyyə dəstəyi də gözlənilən səviyyədə deyil. Epidemiya ilə mübarizə üçün tələb olunan təxminən 500 milyon dolların yalnız beşdə biri təmin olunub. ABŞ və Avropa ölkələrinin yardım proqramlarında ixtisarlar etməsi qoruyucu tibbi vasitələrin çatışmazlığına səbəb olub.

Africa CDC hesab edir ki, təcili və genişmiqyaslı beynəlxalq dəstək göstərilməzsə, bölgədəki vəziyyət daha da ağırlaşa və epidemiya rekord sayda insan itkisi ilə nəticələnə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 488   Tarix: 20 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr