İspaniya Baş nazirinin həyat yoldaşı korrupsiya işi üzrə məhkəmə qarşısına çıxarılacaq
İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes korrupsiya və nüfuz alveri ittihamları ilə məhkəmə qarşısına çıxarılacaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ona ölkəni tərk etmək qadağan edilib, pasportunu təhvil vermək və ayda iki dəfə məhkəməyə getməsi tələb olunub.
Bildirilib ki, B.Qomes və P.Sançes bütün ittihamları rədd edirlər.
"Reuters"in məlumatına görə, Pedro Sançes bir sıra korrupsiya araşdırmaları səbəbindən güclü təzyiq altında qalıb. Sançes özü bu işlərin fiqurantı deyil və əvvəllər bildirmişdi ki, araşdırmalar onun hakimiyyətdən kənarlaşdırılmasına dair kampaniyanın bir hissəsidir.
Agentliyin məlumatına görə, baş nazirin bir sıra yaxın silahdaşları, o cümlədən Sosialist Partiyasının rəhbərliyindəki üçüncü şəxs və sabiq nəqliyyat naziri də istintaq altındadır. Onlar ictimai işlər, neft-qaz layihələri və pandemiya dövründə tibbi maskaların satın alınması sahəsindəki müqavilələr üzrə qanunsuz ödənişlər almaqda şübhəli bilinirlər. Bütün fiqurantlar qanun pozuntularını inkar edirlər.
Bundan əlavə, İspaniya Ali Məhkəməsi ölkənin sabiq baş naziri Xose Luis Rodriges Sapatero barəsində nüfuz alveri, çirkli pulların yuyulması və üçüncü şəxslərin maraqlarının lobbiçiliyi ilə məşğul olan şəbəkəyə rəhbərlik etmək ittihamları üzrə araşdırma aparıldığını bildirib. Keçmiş hökumət başçısı da ona qarşı irəli sürülən ittihamları rədd edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 326 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabr