Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb

Konqoda eboladan ölənlərin sayı 245-ə çatıbKonqo Demokratik Respublikasında ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 245-ə çatdı.

"Report"un Konqo Mətbuat Agentliyinə istinadən məlumatına görə, bu barədə səhiyyə naziri Samuel Roje Kamba xəstəliyin hazırkı alovlanma ocağına çevrilmiş İturi əyalətinin inzibati mərkəzi olan Bunia şəhərində keçirilən mətbuat konfransı zamanı bəyan edib.

"Hazırda epidemioloji vəziyyət belədir: 933 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 245-i pasiyentlərin ölümü ilə başa çatıb. Ölüm göstəricisi 26 % təşkil edir. Stasionar müalicədə 416 nəfər var. 80 pasiyent tamamilə sağalıb və müalicə müəssisələrini tərk edib", - Səhiyyə Nazirliyinin rəhbəri dəqiqləşdirib.

O, ebolanın yayılmasına qarşı mübarizədə nəzərəçarpan irəliləyiş olduğunu deyib. Nazir xüsusilə infeksiya hallarının diaqnostikası prosesinin yaxşılaşmasına və yerli əhalinin tibbi strukturlara olan etimad səviyyəsinin yüksəlməsinə diqqət çəkib.

Kamba vurğulayıb ki, regionda təmasda olan şəxslərin sistematik şəkildə izlənilməsi daha çox sayda xəstənin aşkarlanmasına kömək edir. Bununla yanaşı, vətəndaşların ixtisaslaşdırılmış müalicə mərkəzlərinə müstəqil şəkildə müraciət etməsi ilə bağlı müsbət dinamika qeydə alınır. O həmçinin ebola xəstələrini qəbul edən tibb müəssisələrinin imkanlarının genişləndirildiyini dəqiqləşdirib.

"Belə xəstələr üçün xəstəxana yerlərinin sayı 516-ya qədər artırılıb. Ebola qızdırmasına yoluxanların müalicəsi üzrə fəaliyyət göstərən mərkəzlərin güclərinin artırılması istiqamətində işlər davam edir", - nazir qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 110   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vens İranla danışıqlar üçün İsveçrəyə getmək niyyətindədir

ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İranla danışıqlar üçün İsveçrəyə getməyi planlaşdırır. "Report" xəbər verir ki, o, bu barədə "Fox News" telekanalının efirində bildirib. "Mən təxminən yaxın iki gün ərzində yola düşməyi planlaşdırıram", - o deyib. C.Vens

21 iyun
.

Kobaxidze: Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətlərimiz var

Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətləri var. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu adıçəkilən ölkənin Baş naziri İrakli Kobaxidze Tacikistana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Baş nazir qeyd edib ki, Gürcüstan yeddi ölkəni Qar

20 iyun
.

Sosial sorğu: İsraildə Netanyahunun siyasətdən getməsi istənilir

İsrail vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun siyasətdən getməsinin və növbəti parlament seçkilərində iştirak etməməsinin vaxtının çatdığını düşünürlər. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu "Channel 12" telekanalını

21 iyun
.

Alimlər ən təhlükəli uşaq xərçəngi növlərindən birinə qarşı vaksin hazırlayıblar

İrlandiyalı alimlər uşaqlarda ən ölümcül onkoloji xəstəliklərdən biri olan neyroblastomaya qarşı yeni "mRNT" vaksininin sınaqlarının ilk uğurlu nəticələri barədə məlumat veriblər. "Report" xəbər verir ki, tədqiqatın nəticələri "Molecular Therapy Oncology" (MTO) jurnalınd

21 iyun
.

Qazaxıstan yanacaq qıtlığının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirir

Qazaxıstanın Baş naziri Oljas Bektenov sərhədlərdə nəzarəti gücləndirməyi və ölkədə yanacaq qıtlığına yol verməmək üçün bütün tədbirləri görməyi tapşırıb. "Report" Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, O.Bektenov bu tapşırığı neft məhsulları bazarındakı cari vəziyyətl

20 iyun
.

Urmiya gölündə suyun həcmi 18 dəfə artıb

Urmiya gölündə suyun həcminin 18 dəfə artdığı bildirilib. "Report" xəbər verir ki, bu barədə "Fars" informasiya agentliyi Qərbi Azərbaycanın (İranda əyalət - red.) Ətraf Mühitin Mühafizəsi Departamentinin rəisinin bəyanatına istinadən məlumat yayıb. Ötən ilin noyabrında göldə suyu

20 iyun
.

İsraildə Ebola təşvişi: Bir nəfər nəzarət altına alınıb

İsraildə Ebola virusuna yoluxmaqda şübhəli bilinən ilk xəstə aşkarlanıb. O, hazırda təcrid olunmuş şəraitdə müalicə alır. xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə müayinələr aparılır. Nəticələrin 48 saat ərzində məlu

21 iyun
.

Braziliyada 12 yaşlı qızın ağlagəlməz əməli: Yeniyetməni uydurduğu yalana görə saxladılar

Braziliyada valideynlər 12 yaşlı qızlarının qaçırılması barədə xəbər versələr də, sonradan bunun ailədən pul qoparmaq məqsədilə qurulmuş bir səhnələşdirmə olduğu üzə çıxıb. xəbər verir ki, bu barədə "Odditycentral" nəşri məlumat yayıb. Qeyd olunur ki, məktəbli qız valideynlərindən daha ço

20 iyun
.

ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib

ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra artıq azı 25 gəmi Hörmüz boğazından keçib. "Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb. "Cümə axşamı 25 gəmi Hörmüz boğazından keçib. Bu

21 iyun