Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYATBir cütlüyün kilsədə tanış olduqları və kimsəsiz olduğunu düşündükləri qıza sahib çıxması gözlənilməz hadisə ilə nəticələnib.

Lent.az BBC -yə istinadən xəbər verir ki, bu hadisə bütün Brazilyanı şoka salıb.

Ər-arvad kilsədə gördükləri qıza evlad kimi yanaşıb, ona yardım etməyə və həyatına dəstək olmağa çalışıblar. Lakin sonradan məlum olub ki, özünü köməksiz və müdafiəsiz göstərən həmin şəxs əslində ailənin inamından istifadə edib.

Hadisə sosial şəbəkələrdə və mediada böyük maraq doğurub. Cütlük qızın vəziyyətindən təsirlənərək onu tək buraxmaq istəməyib. Onun kimsəsiz olduğunu düşünən ailə, qıza qarşı mərhəmət göstərib və ona yaxın münasibət qurub. Lakin ailənin bir qohumu vəziyyətə şübhə ilə yanaşmağa başlayıb.

Qohumun diqqətini çəkən məqamlar hadisənin istiqamətini dəyişib. O, qızın davranışlarında uyğunsuzluq hiss edib və onun söylədiklərinin tam həqiqət olmadığını düşünərək məsələni araşdırmağa başlayıb. Bu şübhə sonradan ailənin böyük bir oyunun içində olduğunu üzə çıxarıb.

Məlumata görə, qız 11 yaşında olduğunu deyib. Özünü ehtiyacı olan, sahibsiz və qorunmağa möhtac biri kimi təqdim edib. Ailə də onun bu vəziyyətinə inanaraq kömək göstərib. Ancaq ortaya çıxan faktlar göstərib ki, məsələ sadə bir yardım hekayəsi deyil, planlı şəkildə qurulmuş dələduzluq hadisəsi olub.

Hadisənin ən diqqətçəkən tərəfi isə həmin şəxsin ailənin düşündüyü kimi "uşaq" olmaması ilə bağlı iddiadır. Qohumun şübhəsi məhz bu məqam üzərində daha da güclənib. Sonradan ailənin inamından sui-istifadə edildiyi ortaya çıxıb.

Qadın ailəni necə inandırıbsa, ögey ata-anası ona 12-ci yaş günü "partisi" keçiriblər. Otağını oyuncaqlarla doldurublar. Çox gözəl geyimlər alıb, bütün ehtiyaclarını ödəyiblər. Hamı sual verirmiş ki, bəsniyə bu qədər böyük görsənirsən? Cavab bu olub ki, atası onunla cinsi münasibət yaşamaq üçün dayanmadan böyümə hormonu verirmiş. O, ailəni inandırmaq üçün biberondan istifadə edib, uşaq kimi davranıb.

Amanda Maria Souza de Oliveira adlı bu dələduz qadın deyirmişki, atasının işgəncələrindən sonra evdən qaçıb və tapılmaq istəmədiyi üçün heç bir məktəbə getməyib. Keçmişdə zorla ağır hormon dərmanları içirilməsi söhbəti isə insanların vicdanını daha da yükləyib.

Lakin ailənin qohumlarından biri bu qadından şübhələnib. Araşdırmadan sonra məlum olub ki, bu qadın illərdir oxşar üsullarla insanları aldadırmış. Amanda Maria Souza de Oliveira əslində 38 yaşlı qadındır. Polis onu nəzarətə alıb və hazırda cəzası müəyyən ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 439   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr
.

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd

19 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib

Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimind

19 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr