İsrailin Qəzzaya zərbəsi zamanı "Al Jazeera"nın jurnalisti həlak olub
"Al Jazeera"nın müxbiri İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi aviazərbə nəticəsində həlak olub.
"Report" xəbər verir ki, bu barədə Qətər telekanalının bəyanatında deyilir.
"Əhməd Vişah Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına İsrailin aviazərbəsi nəticəsində öldürülüb", - məlumatda qeyd edilib.
Telekanalın rəhbərliyi hücumu qətiyyətlə pisləyib. "Bu, bütün beynəlxalq qanunların və normaların yeni, kobud şəkildə pozulmasıdır və jurnalistlərin təqib edilməsi, həqiqət səsinin boğulması üzrə davam edən sistematik siyasəti əks etdirir", - bəyanatda deyilir.
İsrail Müdafiə Ordusunun Fələstin ərazisinə endirdiyi son zərbələr zamanı Vişah da daxil olmaqla, 10 nəfərin həlak olduğu dəqiqləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 82 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Melonidən Trampa cavab: "Mənim populyarlığımın dərdi sizə qalmayıb"
İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın ona qarşı "davamlı və heç bir əsası olmayan hücumlarını" mənasız adlandırıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Bundan əvvəl ABŞ lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsind
21 iyunNiderlandda qadın fırtına zamanı ağacın üstünə aşması nəticəsində ölüb
Niderlandın Drente əyalətində 25 yaşlı qadın ildırım zamanı avtomobilinin üzərinə ağacın aşması nəticəsində ölüb. "Report"un "NU.nl"ə istinadən məlumatına görə, hadisə yerli vaxtla saat 00:15 radələrində Kuvorden bələdiyyəsinin T Haantye kəndində baş verib. Məlumata görə, ağac qadını
21 iyunİsraildə Ebola təşvişi: Bir nəfər nəzarət altına alınıb
İsraildə Ebola virusuna yoluxmaqda şübhəli bilinən ilk xəstə aşkarlanıb. O, hazırda təcrid olunmuş şəraitdə müalicə alır. xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə müayinələr aparılır. Nəticələrin 48 saat ərzində məlu
21 iyun