Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?
Eyni bir dərmanın təsir gücü onun günün hansı saatında qəbul edilməsindən asılı olaraq fərqlənə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri tənzimləyən sutkalıq (sirkad) ritmlərdir.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya açıqlamasında rusiyalı həkim, kimya elmləri namizədi Aleksey Panov məlumat verib.
Tibbi preparatların mənimsənilməsində qaraciyər əsas rol oynayır. Məhz bu orqanda əksər dərmanların metabolizmi - onların aktiv və əlavə komponentlərə parçalanması prosesi baş verir.
"P450 sitoxrom qrupuna aid qaraciyər fermentlərinin aktivliyi gün ərzində sabit qalmır. Günün birinci yarısında, təxminən saat 06:00-dan 12:00-a qədər onların fəaliyyəti ən yüksək həddə çatır. Bu vaxt qəbul edilən dərman daha tez parçalanır və onun təsiredici maddəsi lazımi konsentrasiyada toplanmağa vaxt tapmaya bilər. Axşam saatlarında isə əksinə, fermentlər daha yavaş işlədiyindən preparat qanda daha uzun müddət qalır", - deyə o izah edib.
Orqanizmin müxtəlif orqanları və sistemləri də sutkalıq dəyişikliklərə tabedir. Məsələn, ürək-damar sistemi səhər saatlarında daha aktiv olur - qan təzyiqi və nəbz tezliyi ən yüksək səviyyəyə çatır. Buna görə də təzyiqsalıcı dərmanları axşam və ya yatmazdan əvvəl qəbul etmək daha məqsədəuyğundur ki, hipertonik kriz riskinin ən yüksək olduğu səhər saatlarında dərmanın qanda maksimal konsentrasiyası təmin edilsin. Xolesterini aşağı salan statinlər isə axşam qəbul edildikdə daha yaxşı nəticə verir, çünki qaraciyərdə xolesterinin əsas sintezi gecə baş verir.
"Dar terapevtik pəncərəsi olan dərmanlar - bəzi antiepileptik vasitələr, antiaritmiklər, varfarin və müəyyən antibiotiklər xüsusi haldır. Burada qəbul vaxtından asılı olaraq effektivlikdəki fərq kritik ola bilər: həddindən artıq aşağı konsentrasiya müalicəvi təsir göstərməyəcək, çox yüksək olduqda isə toksik reaksiya yaradacaq. Belə preparatların qəbul saatını həkimlə məsləhətləşmədən dəyişdirmək təhlükəlidir", - deyə mütəxəssis xəbərdarlıq edib.
Qəbul vaxtı dərmanların dözümlülüyünə də təsir göstərir. Qeyri-steroid iltihabəleyhinə preparatlar mədənin selikli qişasını qıcıqlandırır, buna görə də onları səhər acqarına deyil, yeməkdən sonra və ya axşam qəbul etmək daha təhlükəsizdir. Səhər qəbul edilən sidikqovucu dərmanlar (diuretiklər) isə axşam qəbulundan fərqli olaraq gecə yuxusunu pozmur.
Aleksey Panov təlimatı diqqətlə oxumağı tövsiyə edir - orada adətən məsləhət görülən qəbul vaxtı qeyd olunur. Xüsusilə reseptlə yazılan dərmanların vaxtını özbaşına dəyişdirmək olmaz. Hətta bir həbin qəbulunu səhərdən axşama keçirmək belə müalicənin effektini azalda və ya arzuolunmaz reaksiyalara səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 637 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabr