Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi
Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, təqsirləndirilən şəxs adam öldürmə, adam öldürməyə cəhd və sağlamlığa ağır zərərvurma maddələri üzrə günahkar bilinib. Məhkəmənin qərarı məhkəmə-tibbi ekspertizası, psixiatriya və dilçilik sahəsi üzrə mütəxəssislər də daxil olmaqla, səkkiz ekspertin rəyinin və 109 şahidin ifadəsinin dinlənildiyi uzunmüddətli prosesdən sonra elan edilib.
Vurğulanıb ki, məhkəmə prosesi çoxlu sayda zərərçəkmişin və onların nümayəndələrinin iştirakı ilə baş tutub. Cinayət işinin materialları bir neçə min səhifədən ibarət olub. Media mənbələrinin məlumatına əsasən, dinləmələr zamanı müttəhimin davranışı dəfələrlə məhkəmədə müzakirə mövzusu olub. Onun bəzi ifadələr zamanı aqressivlik nümayiş etdirə bildiyi, həmçinin şəxsiyyəti barədə danışılarkən emosional reaksiyalar verdiyi bildirilib. Bundan əvvəl aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxsə şəxsiyyət pozuntusu diaqnozu qoyulduğu bildirilsə də, o, anlaqlı hesab edilib və cinayət məsuliyyətinə cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 363 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) xəstəliyi fonunda "Happy Hens" yumurtalarını istehla
13 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrRusiyadan Ermənistana təbii qaz tədarükü dayandırılacaq
Rusiya Federasiyasında planlaşdırılan profilaktik və təmir işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq. xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb. "Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırıla
14 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrVance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi
ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü
16 sentyabrƏrdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabr