Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı

Pekində təyyarə 528 metrlik göydələnə çırpıldıÇinin paytaxtı Pekində kiçik idman təyyarəsi şəhərin ən hündür göydələni olan "Citic Tower" binasına çırpılıb. Hadisədən sonra bina təxliyə edilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə 528 metr hündürlüyündə olan binanın yuxarı mərtəbələrinə çırpılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbə nəticəsində qopan hissələrin binanın ətrafındakı piyada yollarına və yaşıllıq sahələrinə düşdüyü görünür. Qəzanın insan tələfatına səbəb olub- olmadığı, həmçinin təyyarədə neçə nəfərin olduğu hələlik açıqlanmayıb.

Məlumata görə, təyyarə, "Starair Aircraft Co." şirkətinin istehsal etdiyi iki yerlik, tək mühərrikli "Sunward SA60L Aurora" yüngül idman təyyarəsidir.

Qeyd edək ki, Pekində yüngül idman təyyarələrinin uçuşu yalnız Çinin Mülki Aviasiya Administrasiyası və Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin xüsusi icazəsi ilə mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 752   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Masajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO

Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira

29 sentyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr