Toydan bir gün sonra boşandılar: səbəb bu imiş
Millət vəkili Ceyhun Məmmədovun tanış bir hakimin təcrübəsinə istinadən paylaşdığı fakt - gənclərin nikahdan cəmi bir gün sonra boşanmaq üçün məhkəməyə müraciət etməsi cəmiyyətdə ciddi rezonans doğurub. Bu açıqlama müasir dövrdə ailə institutunun üzləşdiyi dərin mənəvi və psixoloji böhranın miqyasını növbəti dəfə gözlər önünə sərir. Məsələnin kökündə dayanan psixoloji amillər, illüziyaların dağılması və real məsuliyyətlə qəfil qarşılaşma anı böyük maraq doğurur.
Psixoloq Vüsalə Rüstəm Metbuat.az saytına açıqlamasında deyib ki, toydan dərhal sonra baş verən bu cür boşanmaların arxasında emosional yetkinliyin olmaması və münasibətlərin tamamilə zahiri, qondarma dəyərlər üzərində qurulması dayanır:
"Gənclər çox vaxt evliliyi yalnız təmtəraqlı bir toy məclisindən və sosial şəbəkələrdə nümayiş etdiriləcək ideal kadrlardan ibarət hesab edirlər, lakin şənlik ab-havası bitib real həyat başladıqda ilk psixoloji toqquşmada dözümsüzlük nümayiş etdirirlər".
Psixoloq qeyd edib ki, cütlüklərin bir günün içində ayrılma qərarı verməsi onların qarşılıqlı güzəşt mədəniyyətindən uzaq olduqlarını, nikahdan əvvəl tərəfdaşlarının real xarakterini, gizli psixoloji travmalarını və gözləntilərini düzgün analiz etmədiklərini göstərir: "Nikahın ilk günündə tərəflərin bir-birinin hər hansı bir hərəkətinə, ifadəsinə və ya keçmişinə aid qəfil üzə çıxan bir sirlə bağlı göstərdiyi aqressiv və barışmaz reaksiya, daxili qorxuların və psixoloji hazırlıqsızlığın pik nöqtəsidir. Belə anlarda tərəflər problemi dialoq yolu ilə həll etmək əvəzinə, fərdi eqolarını qorumaq üçün ən asan yolu - qaçışı və boşanmanı seçirlər ki, bu da müasir gəncliyin psixoloji dayanıqlığının son dərəcə zəif olduğunu sübut edir".
Mütəxəssis vurğulayıb ki, bəzi hallarda kişilərdə gizli psixoloji pozuntu olduğu üçün ağla gəlməyən fantaziyalarını həyata keçirmək istəyirlər, bu isə qarşı tərəfdə təhqir və şəxsiyyətin alçalması kimi anlaşılır və geridönüşsüz proses baş verir: "Qadın gedən də, ata-ana sözü ilə dözüb həmin kişi ilə eyni damın altında qalanda da zərərçəkmiş tərəf olur".
Vüsalə Rüstəm evlənmək istəyən gənclərə tövsiyə edib ki, hisslərin ötəri heyranlığına qapılmaq əvəzinə, bir-birlərini xarakter, dünyagörüşü və həyat prinsipləri baxımından dərindən tanımağa zaman ayırsınlar: "Evlilik yalnız sevgi dumanından ibarət deyil. Bura qarşılıqlı hörmət, böyük məsuliyyət və ən çətin anlarda belə ortaq məxrəcə gələ bilmək bacarığı daxildir. Gənclər toy öncəsi mütləq psixoloji hazırlıqdan keçməli, ailə həyatının gətirdiyi öhdəlikləri dərk etməli, münasibətləri illüziyalar deyil, real təməllər üzərində qurmağa çalışmalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 699 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrMasajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO
Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira
29 sentyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabr