ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib

ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilibÖzünü "Instagram" influenseri kimi təqdim edən və "Miss New York Elite" titulunun sahibi Keytlin Rouz Kennedi-Melanson 2025-ci ilin sentyabrında keçirilən dəbdəbəli toy mərasiminin hesabını tam ödəmədiyi iddiası ilə məhkəməyə verilib.

Oxu.Az bu barədə "New York Post" nəşrinə istinadən xəbər verir.

İddia ərizəsinə əsasən, toy Nyu-Yorkun Beşinci prospektində yerləşən lüks hoteldə keçirilib. Tədbir çərçivəsində qonaqlara penthausda yerləşmə, şəhər mənzərəli dam terrasında şam yeməyi və digər premium xidmətlər təqdim olunub. Təkcə iaşə xidmətinin dəyəri 100 min ABŞ dolları təşkil edib.

Kennedi-Melanson sosial şəbəkə hesablarında dəbdəbəli toyundan görüntülər paylaşıb. O, nikah mərasimini tarixi Müqəddəs Patrik Katedralında keçirib.

Hotel rəhbərliyinin iddiasına görə, gəlin indiyədək 106 min dollar ödəsə də, dəfələrlə edilən müraciətlərə baxmayaraq, qalan 37 min dolları hələ də ödəməyib. Faizlər də nəzərə alındıqda borcun məbləği 40 min dolları ötür.

Keytlin Kennedi-Melanson isə hotelin iddialarını "cəfəngiyyat" adlandırıb. O bildirib ki, vəkili ilə məsləhətləşmədən məsələ ilə bağlı ətraflı açıqlama verə bilməz.

Bundan əlavə, influenser qeyd edib ki, özü və həyat yoldaşı artıq məhkəmə sənədlərində göstərilən ünvanda yaşamadıqları üçün iddia ərizəsi onlara hələ təqdim edilməyib.

Qeyd edək ki, Kennedi-Melanson 2025-ci ildə Nyu-Yorkda fəaliyyətə başlayan, orta bazar kommersiya daşınmaz əmlak investisiyaları üzrə ixtisaslaşan broker şirkətinin təsisçisi Qreq Melansonla ailə qurub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 873   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkədə 10 avroya dağ havası satılır

Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı

15 sentyabr
.

NATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub

Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar

15 sentyabr
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15 sentyabr
.

Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər

Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı

13 sentyabr
.

Norveç uşaqları sosial şəbəkələrdən qorumağa hazırlaşır: "Meta"ya tələb göndərildi

Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib. "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib. Buna səbəb "Meta"nın AB

13 sentyabr
.

Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır

ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə

15 sentyabr
.

Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb. "Report"un xəbərinə görə, bu barədə "Reuters" Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb. "MV Matui" bərəsində heyət üzvləri də daxil olmaqla onlarl

13 sentyabr
.

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir

Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd

13 sentyabr
.

Ayda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar

Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd

13 sentyabr