Kats: İMQ Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşır
İsrail Müdafiə Qüvvələrinə (İMQ) Livandakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmaq əmr edilib.
"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
O, iyunun 26-da ABŞ-də İsrail və Livan arasında bağlanmış çərçivə sazişini müsbət qiymətləndirərək onu tarixi hadisə və mühüm siyasi nailiyyət adlandırıb:
"Onilliklər ərzində ilk dəfə olaraq saziş şimal sərhədində və Livanda yeni və daha təhlükəsiz reallıq formalaşdıra bilər ki, bu da İsrail vətəndaşlarının təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin olunmasına kömək edəcək".
Bununla belə, Kats vurğulayıb ki, sazişdə razılaşdırılmış mühüm prinsip ondan ibarətdir ki, Livanın "Hizbullah" qruplaşması tam tərk-silah edilməyənə qədər İsrail Livanın cənubundan qoşunlarını yenidən dislokasiya etməyəcək və ya çıxarmayacaq.
"Dözümlülük sınağı sazişin həyata keçirilməsindən ibarət olacaq və qarşıda hələ çox çətinliklər var. Biz baş nazirlə (Benyamin Netanyahu - red.) birlikdə İsrail Müdafiə Qüvvələrinə təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmağı və əsgərlərimizi qorumaq, həmçinin şimal icmalarına qarşı təhlükələri aradan qaldırmaq üçün müvafiq şəkildə hərəkət etməyi tapşırdıq", - Kats yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 143 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Koreyada keçmiş prezidentin həyat yoldaşına HÖKM OXUNDU
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Qon Hi dövlət vəzifəsinə təyinat müqabilində rüşvət almaq da daxil olmaqla, daha bir korrupsiya işi üzrə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib. Birinc
28 iyunRubio: Tramp 2027-ci ilin əvvəlində Hindistana səfər edə bilər
ABŞ gələn ilin əvvəlində Prezident Donald Trampın Hindistana səfərinin təşkil olunması üzərində işləyir. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Hindistanın IANS Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Vaşinqto
27 iyunTramp Avropa ölkələrini 100%-lik rüsumlarla hədələdi
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi qoyan istənilən ölkənin ABŞ-yə ixrac etdiyi mallara 100 faizlik gömrük rüsumu tətbiq etməyə hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar lideri "Truth Social" platformasında paylaşım edib
28 iyunBu ölkədə azan qadağan olunacaq
Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır. Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb. Nazi
28 iyunAfrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı
Mərkəzi Afrika Respublikasında vəba xəstəliyinin yayılması qeydə alınıb. xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Pyer Somse milli televiziya ilə çıxışı zamanı məlumat verib. İyunun 27-nə olan məlumata görə, ölkədə 197 vəba yoluxması aşkarlanıb, 24 nəfər isə həyatını itirib. Xəstəliyin yayılmasını
28 iyun