"Axios": Tramp ABŞ və Rusiyanın Ankoric razılaşmalarına yenidən baxılmasını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp "G7" sammiti çərçivəsində Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və ABŞ-nin istənilən sövdələşmə zamanı Rusiyanın Ukraynanın Donbas bölgəsinə nəzarət etmək tələbini qəbul etdiyi Ankoric razılaşmalarına yenidən baxılması ehtimalını istisna etməyib.
"Report" xəbər verir ki, Fransanın Evian şəhərində keçirilən sammitdə iştirak edən iki məmura istinadən "Axios" nəşri bu iddia ilə çıxış edib.
Nəşrin məlumatına görə, sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən və bundan əvvəl Rusiya Prezidenti ilə söhbət edən Amerika lideri Moskvaya təzyiq göstərilməsinin zəruriliyindən danışıb.
"Tramp Putinlə bağlı hər şeyə skeptik yanaşırdı və Rusiyaya təzyiq barədə danışırdı, lakin digər liderlər onun, həqiqətən, nəsə bir addım atacağına inanmırlar", - mənbələrdən biri bildirib.
Moskvanın ABŞ-nin Rusiyanın Ukraynanın şərq regionları üzərində nəzarət qurması şərtini qəbul etməsi barədə bəyanatlarına baxmayaraq, iyunun 25-də ABŞ Dövlət katibi Marko Rubio Tramp və Putinin Alyaskadakı görüşündə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə heç bir konkret razılaşmanın əldə olunmadığını bildirib. O həmçinin ABŞ-nin Ukrayna ətrafındakı vəziyyətin nizamlanması prosesində "fəal addımlar atmaq" və konstruktiv mövqe tutmaq niyyətini təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 173 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: Tramp Alyaskada Putinlə əldə olunan razılaşmalardan imtina edə bilər
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində ötən il baş tutmuş ikitərəfli görüş zamanı əldə etdiyi bəzi razılaşmalardan imtina edə bilər. xəbər verir ki, bu barədə "Axios" portalının öz mənbələrinə istinadən dərc olunan materialında qeyd olunur
28 iyunİran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb. "Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqda
28 iyunİranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq
İran ABŞ ilə 40 günlük müharibə zamanı daha müasir silahlar yaradıb. "Report" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü və briqada general general-mayoru Əkrəmi Niya açıqlayıb. "Məsələn, müharibənin son günlərində yeni pilotsuz aparatlardan istifadə etdik və onları döyüş şəraitind
28 iyunTrampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi
Özünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb. -ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir. Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfər
28 iyunCon Bolton məhkəmədə təqsirini etiraf etdi
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məhkəmədə dövlət sirri təşkil edən məlumatlarla ehtiyatsız davrandığını etiraf edib. xəbər verir ki, bu barədə TASS agentliyi Boltonun işi üzrə keçirilən növbəti məhkəmə iclasına istinadən məlumat yayıb. Bildirilib ki, Bolton dah
27 iyun