Həkim yayda xroniki ağciyər xəstəliyinin kəskinləşməsinin səbəblərini açıqladı
"Xroniki obstruktiv ağciyər xəstəliyinin adətən "qış xəstəliyi" kimi qəbul edilməsinə baxmayaraq, bürkü, smoq (tüstü və his qarışığı olan qatı duman) və artan rütubət bu problemdən əziyyət çəkənlərin səhhətində ağırlaşmalara yol aça bilər".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı pulmonoloq Olqa Tsaqarayeva danışıb.
Qeyd olunub ki, bu xəstəlik tənəffüs yollarının daralması və ağciyərlərdə qaz mübadiləsinə cavabdeh olan ən kiçik hava kisəcikləri olan alveolların zədələnməsi ilə müşayiət olunan xroniki xəstəlikdir. Bu səbəbdən insanın nəfəs alıb-verməsi çətinləşir, təngnəfəslik, xroniki öskürək və tez yorulma əlamətləri yaranır.
Mütəxəssisin sözlərinə görə, kəskinləşmələrin əksəriyyəti həqiqətən virus infeksiyaları və şaxtalı havanın təsiri səbəbindən soyuq mövsümə düşür. Lakin yayda başqa risk faktorları yaranır. Yüksək temperatur və rütubət hava çatışmazlığı hissini artıra bilər, havanın çirklənməsi, ozonun yüksək səviyyəsi və bitki tozcuqları isə tənəffüs yollarını qıcıqlandıra və nəfəsalmanı çətinləşdirə bilər.
"Susuzlaşma da əlavə təhlükə yaradır. İstidə bəlğəm qatılaşır və onu öskürməklə çıxarmaq çətinləşir, bu da vəziyyəti ağırlaşdırır", - deyə həkim xəbərdarlıq edib.
Pulmonoloq tibbi yoxlamaları payız aylarına qədər gecikdirməməyi tövsiyə edib. Onun fikrincə, yay mövsümü xəstənin vəziyyətini stabilləşdirmək üçün əlverişli fürsətdir: zərərli vərdişlərdən imtina etmək, hərəkətliliyi artırmaq, tənəffüs məşqlərini öyrənmək və zərurət yaranarsa, müalicə planını dəyişmək mümkündür.
Mütəxəssis, həmçinin diaqnozu artıq qoyulmuş xəstələrə kifayət qədər su qəbul etməyi, havanın keyfiyyətini izləməyi və təyin olunmuş terapiyaya ciddi riayət etməyi tövsiyə edib. Müntəzəm müayinələr və ağciyər funksiyasına nəzarət fəsildən asılı olmayaraq ağır kəskinləşmələr və hospitalizasiya riskini azaltmağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 146 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi
Özünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb. -ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir. Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfər
28 iyun"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə sürətlə yayılan yeni trend valideynlər arasında narahatlıq yaradıb. Məlumata görə, yeniyetmələr məşhur "skvişi" (yumşaq antistres) oyuncaqlarını mikrodalğalı sobada qızdıraraq onların partlamasını lentə alırlar. Bu təhlükəli əyləncə nəticəsində artıq bir neçə uşaq ciddi yanı
28 iyunTehran Vaşinqtonu razılaşmanı pozmaqda günahlandırdı
İran Xarici İşlər Nazirliyi (XİN) bazar günü ABŞ-nin ölkənin cənub sahillərinə endirdiyi zərbələri qətiyyətlə pisləyən bəyanat yayıb. "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, İran XİN-in bəyanatında Vaşinqtonun "qəddar hücumları"nın Tehran və Vaşinqton arasında əldə olunmu
28 iyunAvropadakı ekstremal istilərin səbəbi nədir?
Avropa müşahidələr tarixində ən güclü iyun istilərindən birini yaşayır. xəbər verir ki, burada "IFLScience" nəşri yazıb. London İmperial Kollecinin ekstremal hava hadisələri və meşə yanğınları üzrə tədqiqatçısı, doktor Teodor Kipinqin sözlərinə görə, iqlim dəyişikliyinin təsiri olmasaydı, alimləri
28 iyunCənubi Koreyada keçmiş prezidentin həyat yoldaşına HÖKM OXUNDU
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Qon Hi dövlət vəzifəsinə təyinat müqabilində rüşvət almaq da daxil olmaqla, daha bir korrupsiya işi üzrə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib. Birinc
28 iyunAfrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı
Mərkəzi Afrika Respublikasında vəba xəstəliyinin yayılması qeydə alınıb. xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Pyer Somse milli televiziya ilə çıxışı zamanı məlumat verib. İyunun 27-nə olan məlumata görə, ölkədə 197 vəba yoluxması aşkarlanıb, 24 nəfər isə həyatını itirib. Xəstəliyin yayılmasını
28 iyunMərkəzi Afrika Respublikasında vəba 24 nəfərin ölümünə səbəb olub
Mərkəzi Afrika Respublikasında (MAR) vəba epidemiyası səbəbindən 24 nəfər həyatını itirib. "Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və əhali naziri Pyer Somse bildirib. "Bu günə qədər 197 vəbaya yoluxma, həmçinin 24 ölüm halı qeydə alınıb
28 iyun