Kentaki ştatında daşqınlar nəticəsində dörd nəfər ölüb, fövqəladə vəziyyət elan edilib
ABŞ-nin Kentaki ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində azı dörd nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə qubernator Endi Beşir "X" sosial şəbəkəsində bildirib.
Davam edən leysan yağışları və qəfil daşqın təhlükəsi ilə əlaqədar qubernator ştatda fövqəladə vəziyyət rejimi elan edib. Sinoptiklərin proqnozlarına görə, günün sonunadək Kentakinin bəzi bölgələrində təxminən 180 mm yağıntı düşə bilər.
Beşir sakinləri meteoroloqların xəbərdarlıqlarını izləməyə, zəruri olmayan səfərlərdən imtina etməyə və ehtiyac olduqda yüksək ərazilərə köçməyə çağırıb.
"Bu, ciddi daşqındır. Güclü yağışlar gecənin gec saatlarınadək davam edəcəyindən insanlar sayıqlığı qorumalı və xüsusən də görmənin məhdud olduğu günün qaranlıq vaxtlarında avtomobillə yola çıxmaqdan çəkinməlidirlər", - qubernator bildirib.
ABŞ-nin Milli Meteorologiya Xidməti həmçinin Kentaki və İndiananın bir sıra bölgələri üçün qəfil daşqınlarla bağlı xəbərdarlıqlar yayımlayıb. Qurumun məlumatına görə, İndiananın cənub-qərbindəki bəzi bölgələrə artıq 250 mm-ə qədər yağıntı düşüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 123 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Londonda iqlim konfransı anomal istiyə görə ləğv edildi
Avropada anomal istilər hökm sürür və yeddi ölkədə yüksək temperatur səbəbindən sarı təhlükə səviyyəsi elan olunub. xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Londonda bu cür hava şəraiti ekstremal istilərlə mübarizəyə həsr olunmuş tədbirin ləğ
28 iyunKİV: Tramp Alyaskada Putinlə əldə olunan razılaşmalardan imtina edə bilər
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində ötən il baş tutmuş ikitərəfli görüş zamanı əldə etdiyi bəzi razılaşmalardan imtina edə bilər. xəbər verir ki, bu barədə "Axios" portalının öz mənbələrinə istinadən dərc olunan materialında qeyd olunur
28 iyunGülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər
Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir. 1. Progeriya (Hətçinson-Gilford sindromu)
28 iyunMessi dünya çempionatlarında heç kimin edə bilmədiyini etdi
Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi düşüb. "Çempionat" portalına istinadən xəbər verir ki, Argentina millisinin kapitanı 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda İordaniya ilə oyunda da fərqlənərək möhtəşə
28 iyunİran rəsmisi: "ABŞ memorandumun şərtlərini pozub"
ABŞ İranla münaqişənin nizamlanmasına dair imzalanmış memorandumun iki bəndini pozub və rəsmi Tehran bu addımlara mütləq reaksiya verəcək. -ın məlumatına görə, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rezayi bildirib. "ABŞ regiondakı proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə (söhbə
28 iyunDanimarkada son 150 ilin ən isti günü qeydə alındı
İyunun 27-də Danimarkada müşahidələrin aparıldığı 150 ildən çox müddətdə ən yüksək temperatur qeydə alınıb, termometrin göstəricisi 36.6 dərəcəyə çatıb. xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Danimarka Meteorologiya İnstitutunun bəyanatına istinadən məlumat yayıb. "Odense şəhərini
28 iyun