İsrail qoşunlarını Livanın cənubundakı iki yaşayış məntəqəsindən çıxaracaq
Livan və İsrail Vaşinqtonda bağlanmış çərçivə sazişi əsasında cənubdakı Nəbatiyyə əyalətində ilk iki "pilot zona"nın yaradılması barədə razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə Livanın "Al-Markaziya" agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail silahlı qüvvələri iyunun 28-i, bazar günü Litani çayının şimalında yerləşən iki yaşayış məntəqəsini tərk edəcək. Azad edilmiş ərazilərə Livan ordusunun bölmələri daxil olacaq, onların qarşısında sabitliyi təmin etmək və Livanın radikal "Hizbullah" hərəkatı tərəfindən ola biləcək təxribatların qarşısını almaq bacarığını sübut etmək vəzifəsi durur.
Frun bələdiyyəsinin rəhbəri Adil Bazzi İsrailin aviazərbələri nəticəsində yaranmış genişmiqyaslı dağıntıları nəzərə alaraq hökumətə qəsəbəyə fəlakət zonası statusunun verilməsi çağırışı ilə müraciət edib. O qeyd edib ki, yerli sakinlər geri qayıtmazdan əvvəl təsərrüfat və məişət infrastrukturunun bərpası həyata keçirilməlidir.
Daha əvvəl Livan dövlətinin başçısı Cozef Aun bildirib ki, İsraillə danışıqlar prosesinin beşinci raundunun nəticələrinə əsasən iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişi "döyüş əməliyyatlarının yekun olaraq başa çatdırılmasına və işğal altındakı cənub əraziləri üzərində suverenliyin qaytarılmasına doğru ilk addım"dır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 134 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baş nazir: Xorvatiya 2030 ilə qədər müdafiə xərclərini artıracaq
Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən "Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması" adlı paneld
28 iyunABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, müəyyən mərhələdə ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etmək məcburiyyətində qala bilər və bu halda İran İslam Respublikasının mövcudluğu təhlükə altına düşəcək. xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşı
28 iyunİran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb. "Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqda
28 iyunAvropadakı ekstremal istilərin səbəbi nədir?
Avropa müşahidələr tarixində ən güclü iyun istilərindən birini yaşayır. xəbər verir ki, burada "IFLScience" nəşri yazıb. London İmperial Kollecinin ekstremal hava hadisələri və meşə yanğınları üzrə tədqiqatçısı, doktor Teodor Kipinqin sözlərinə görə, iqlim dəyişikliyinin təsiri olmasaydı, alimləri
28 iyunAlman avtomobil sənayesi Çin faktoruna görə ixtisarlara başlayıb
Çin brendlərinin Avropa bazarında mövcudluğunu sürətlə artırması fonunda Almaniyanın aparıcı avtomobil istehsalçıları kadr ixtisarlarının genişmiqyaslı dalğasına başlayıb. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Məlumata görə, "Volkswagen"
28 iyunBu ölkədə azan qadağan olunacaq
Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır. Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb. Nazi
28 iyun