Burkina-Faso Fransa səfirliyini bağlamaq üçün yeddi gün vaxt verdi
Fransa ilə diplomatik əlaqələri kəsən Qərbi Afrika dövləti Burkina-Fasonun rəhbərliyi, Uaqaduqu şəhərindəki səfirliyin bağlanması üçün Parisə iyunun 26-dan etibarən yeddi gün vaxt ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Le Monde" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa səfiri Burkina-Fasonu hələ 2023-cü ilin yanvar ayında tərk edib və o vaxtdan etibarən vəzifələrini müvəqqəti işlər vəkili icra edib. Diplomatik nümayəndəlikdə onunla birlikdə təhlükəsizlik əməkdaşları, inzibati heyət və diplomatlar da daxil olmaqla təxminən 20 nəfər çalışıb. Qəzet qeyd edir ki, onlar bu müddət ərzində minimal xidmətlər göstərməyə davam ediblər.
Mənbələrin bildirdiyinə görə, Burkina-Fasonun Fransa ilə diplomatik münasibətləri kəsmək qərarı Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə əlaqədardır. Söhbət Avropa İttifaqının qanunverici orqanının iyunun 18-də qəbul etdiyi və Burkina-Fasoda əsas azadlıqların və vətəndaş məkanının boğulmasını pisləyən sənəddən gedir. Qətnamənin müəllifi olan fransalı deputat və ehtiyatda olan general Kristof Qomar Avropa Parlamentindəki çıxışı zamanı Burkina-Faso xuntasının dramatik uğursuzluğa düçar olduğunu vurğulayıb. Səsvermədən sonra, iyunun 22-də Aİ-nin Uaqaduqudakı nümayəndəsi Burkina-Faso Xarici İşlər Nazirliyinə çağırılıb. Afrika ölkəsinin rəsmiləri bu qətnamənin qəbuluna görə öz narazılıqlarını və qəti etirazlarını bildiriblər.
İyunun 27-nə keçən gecə Burkina-Faso hökuməti, Fransanı Afrika dövlətinin maraqlarına zidd fəaliyyət göstərməkdə günahlandıraraq diplomatik əlaqələrin kəsildiyini elan edib. Rəsmi açıqlamada Burkina-Faso rəhbərliyi Parisi neokolonializmdə, Sahel bölgəsindəki terror şəbəkələrini dəstəkləməkdə və ölkədəki hadisələri təhrif olunmuş şəkildə işıqlandırmaqda ittiham edir. Eyni zamanda vurğulanır ki, milli suverenliyə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərin inkişafı üçün tələb olunan şərtlər artıq mövcud deyil.
Öz növbəsində, Fransa Xarici İşlər Nazirliyindən bildirilib ki, Burkina-Fasonun əlaqələri kəsmək qərarının ardından Paris mümkün cavab addımlarını nəzərdən keçirir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 335 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrTramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrAlimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy
14 sentyabrABŞ İsrailə 40.000 ədəd hava bombası satmağı planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə hər biri 200 funt (təxminən 907 kq) ağırlığında 40.00 hava bombasını əhatə edəcək 2,8 milyard dollarlıq silah paketi satmağı planlaşdırır. xəbər verir ki, mənbələrin məlumatına görə, müqaviləyə 20.00 MK-84 və 20.00 BLU-117 bombaları, eləcə də 20.0
16 sentyabrİranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir. xəbər verir ki, məlumatı İRNA yayıb. Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılmas
15 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabr