İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrimizin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğulayıb.
Türkiyənin ədliyyə naziri dövlətimizin başçısının güclü liderliyi ilə ölkəmizin inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxunub.
Akın Gürlek, həmçinin Azərbaycanın bölgədə enerji, bağlantılar, o cümlədən Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində önəmli rolunu vurğulayıb və Türkiyənin bundan sonra da ölkəmizin yanında olacağını deyib.
Söhbət zamanı bütün sahələri əhatə edən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Ölkələrimizin Ədliyyə nazirlikləri arasında səmərəli tərəfdaşlığın qurulduğu bildirilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 506 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Dövlət başçısı həmçinin "Azərbaycan Respublikas
17 noyabrMehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram - Foto
Hanoyda keçirilən rəsmi nahardan yayılan fotolarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və qızları Leyla Əliyeva ilə Arzu Əliyevanın geyim seçimi diqqət çəkib. xəbər verir ki, onlar Vyetnam mədəniyyətinə hörmət əlaməti olaraq tədbirə bu ölkənin milli geyimlərində qatılıblar. Noyabrın 21-d
21 noyabrMariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini
17 noyabrKəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır
Kəlbəcər rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvafiq olaraq Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarıldı və bu olduqca böyük uğurdur v
21 noyabrAzərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun
20 noyabr