"Toyuq niyə bişirməmisən?" dedi, həyat yoldaşını döydü
Sumqayıtda yemək üstündə başlayan ailə mübahisəsi məhkəmə ilə nəticələnib. Həyat yoldaşının hazırladığı yeməyə etiraz edərək "Toyuq niyə bişirməmisən?" deyən kişi mübahisə zamanı qadını döyüb.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, hadisə gecə saatlarında ailə-məişət zəminində baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs həyat yoldaşının baş nahiyəsinə iki dəfə əl zərbəsi vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. O bildirib ki, istintaq zamanı hadisə ilə bağlı hər şeyi olduğu kimi ifadə etdiyi üçün məhkəmədə əlavə ifadə vermək istəmir.
İbtidai istintaq zamanı verdiyi ifadəsində isə qeyd edib ki, işdən evə qayıtdıqdan sonra həyat yoldaşı onun üçün yemək hazırlayıb. Lakin qadının telefonla danışaraq süfrəyə gəlməməsini hörmətsizlik kimi qəbul edib və onu süfrəyə çağırıb. Aralarında yaranan mübahisə zamanı əsəbiləşərək həyat yoldaşının baş nahiyəsinə iki dəfə zərbə endirib.
Zərərçəkmiş qadın məhkəmədə ifadəsində hadisənin yemək üstündə başladığını bildirib. Onun sözlərinə görə, evə gələn həyat yoldaşı ondan makaron bişirməsini və acika hazırlamasını istəyib. Qadın deyilənləri hazırladıqdan sonra əri ona "Niyə toyuq bişirməmisən?" deyə irad bildirib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Zərərçəkmişin ifadəsinə əsasən, o, ərinin sözlərinə etiraz etdikdən sonra yataq otağına keçib. Ardınca həyat yoldaşı otağa gələrək yumruqla başının təpə nahiyəsinə iki dəfə zərbə vurub. Aldığı xəsarətlərdən yerə yıxılan qadın 102 Xidmətinə zəng edərək polisə müraciət edib və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin başının təpə nahiyəsində dərialtı hematoma müəyyən edilib. Xəsarətin bərk küt əşyanın təsiri nəticəsində yarandığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti olduğu bildirilib.
Məhkəmə toplanmış sübutları qiymətləndirərək təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilib və ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu