İldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək.
Layihəyə əsasən, yeni turizm məkanının ildə 32 milyon turist qəbul etməsi planlaşdırılır. Bu isə hazırda Sentosaya gələn orta illik turist sayından təxminən iki dəfə çoxdur.
Sənədə görə, Sentosadakı İmbia dağının zirvəsinə qədər piyada cığırı salınacaq. Zirvədə isə restoranlar, mağazalar və küləkdən qorunan tədbir meydançalarının yerləşəcəyi "Imbiah Canopy" adlı müşahidə platforması istifadəyə veriləcək.
Bundan əlavə, Sentosanı Pulau Brani ilə birləşdirəcək nəqliyyat qovşağının tikintisi, bir sıra yeni turizm obyektlərinin yaradılması və çimərliklərin yenidən qurulması nəzərdə tutulur. Yeni layihələrin bir hissəsinin 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunur ki, Sinqapur əsas adasının ərazisini dənizin doldurulması yolu ilə mərhələli şəkildə genişləndirir. Bunun üçün ölkə digər dövlətlərdən torpaq alır. Nəticədə Sinqapurun quru sahəsi 1960-cı illərdəki 581 kvadratkilometrdən 2025-ci ilin iyun ayına olan məlumata görə 736.3 kvadratkilometrə yüksəlib və artmaqda davam edir.
Layihədə bildirilir ki, yeni istirahət və əyləncə məkanlarının yaradılmasında məqsəd "Sentosa"nın qlobal şəhərdə yerləşən ada kurortu və istirahət mərkəzi kimi cəlbediciliyini daha da artırmaqdır.
Hazırda Sentosada kazino, "Universal Studios" tematik parkı və Siloso çimərliyi fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 340 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021