FT: Britaniyanın Aİ-nin müdafiə fondundan kənarlaşdırılması Fransanın özünə qarşı çevrilib
Fransanın Böyük Britaniyanı Aİ-nin müdafiə fonduna buraxmamaq cəhdi Parisin özünə qarşı çevrilərək onu hökumətin Fransa-Britaniya silah layihələrinə xərcləməyi planlaşdırdığı əlçatan Avropa kreditlərindən məhrum edib.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəyə istinadən yazıb.
"Fransa Aİ-nin müdafiə fondundan 16,2 milyard avro tələb edib, lakin Avropa Komissiyası yalnız 15,1 milyard avronun ayrılmasını təsdiqləyib, çünki Britaniya ilə bağlı layihələr elə fransızların özlərinin təkid etdiyi meyarlara cavab verməyib", - məqalədə qeyd olunub.
Ötən ilin yazında Brüssel birgə müdafiə satınalmalarını artırmaq üçün 150 milyard avro həcmində SAFE kreditləşmə mexanizmini razılaşdırıb.
"Seçimdən kənarlaşdırılan layihələr arasında MBDA raket istehsalçısının (o, müştərək olaraq "Airbus", Britaniyanın "BAE Systems" və İtaliyanın "Leonardo" şirkətlərinə məxsusdur) layihələri də var", - həmsöhbətlərdən biri dəqiqləşdirib. MBDA-nın Britaniya və Fransa bölmələri Ukraynanın istifadə etdiyi uzaqmənzilli "Storm Shadow/Scalp" raketlərini istehsal edir.
Fransa tələb edirdi ki, fonddan maliyyələşdirilən məhsulların dəyərinin 65 %-i Aİ-nin vahid bazarının (Norveç və İslandiya daxil olmaqla) və ya Ukraynanın payına düşsün. Əgər onlar blokla təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalamayıblarsa və proqramı maliyyələşdirməyə razılaşmayıblarsa, digər ölkələrdən olan podratçıların payına dəyərin yalnız 35 %-i düşə bilər. Bu günə qədər yalnız Kanada bu iki şərtə cavab verir.
Ötən il London Brüssellə müdafiə sazişi imzalayıb, lakin Parisin Avropa Komissiyasından britaniyalılardan 6 milyard avrodan çox pul tələb etməsində israrından sonra ödənişin məbləği ilə bağlı danışıqlar pozulub. Sonradan bu məbləğ 2 milyard avroya qədər azaldılsa da, tərəflər heç cür razılığa gələ bilməyiblər.
Aİ-nin yüksəkrütbəli diplomatı qeyd edib ki, rədd edilmiş Fransa-Britaniya layihəsi "liderlərin ambisiyaları" ilə "praktiki səviyyədə" baş verənlər arasında "körpülər yaratmaq" zərurətini nümayiş etdirir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 359 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021