İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib.
Oxu.Az xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib.
"BƏƏ anladı ki, ballistik raketlər ən böyük problemlərdən biridir və onlar bizim dəstəyimizdən yararlandılar" , - deyə Reqev bildirib.
"Maariv" qəzeti qeyd edir ki, Miri Reqevin bu bəyanatı İsrail tərəfindən BƏƏ-yə "Dəmir qübbə" batareyalarının verilməsi faktının nazir səviyyəsində ilk rəsmi etirafıdır. Buna qədər İsrail rəsmiləri mövzu ilə bağlı rəsmi şərh verməkdən yayınırdılar.
May ayının ortalarında ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bəyan etmişdi ki, İsrail İranla silahlı münaqişə fonunda BƏƏ-yə "Dəmir qübbə" HHM batareyaları ötürüb və onların istismarına kömək etmək üçün şəxsi heyət göndərib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 646 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni
16 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrMacarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək. "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib. Avropa İttifaqını
13 sentyabrSi Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı
"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini
13 sentyabrİslandiya balina ovunu birdəfəlik qadağan edə bilər
İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları
13 sentyabr