Tbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir.
Oxu.Az xəbər verir ki, bu fikirlər Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında yer alıb.
Bildirilib ki, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir:
"Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan Respublikasının vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha bildirir ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, habelə digər qanunla qorunan hüquq və mənafelərinə qarşı törədilən cinayət əməllərinə münasibətdə prinsipial mövqe tutur və belə halların ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq onların hüquq və qanuni mənafelərinin müdafiəsini daim diqqət mərkəzində saxlayır.
Bu məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanları ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, cinayətlərin tam və obyektiv araşdırılmasına dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 801 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü
Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi
29 sentyabrDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqustDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə
16 sentyabrQazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas
29 sentyabrVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrƏrini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin
11 sentyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabr