Məşhur fenomen cütlük silahlı hücum nəticəsində yataqlarında öldürülüb
Kosta Rikanın La Kruz bölgəsində tanınmış sosial media fenomeni, 28 yaşlı Gabriela Sanarrusia Çavarria və 30 yaşlı sevgilisi Xorxe İsaak Agüero Korea yaşadıqları evdə silahlı hücumun qurbanı olublar.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında kimliyi hələ müəyyənləşdirilməyən silahlı şəxslər zorla evə daxil olaraq birbaşa yataq otağına keçiblər. Həmin vaxt yuxuda olan cütlük atəşə tutulub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onların həyatını itirdiyini təsdiqləyib.
Hadisədən sonra qaçan şübhəlilərin axtarışına başlayan polis cinayət yerindən təxminən 2 kilometr aralıda boş ərazidə tamamilə yandırılmış avtomobil aşkar edib. İlkin araşdırmalara əsasən, hücum edən şəxslərin həmin nəqliyyat vasitəsindən qaçış üçün istifadə etdikləri, daha sonra isə izləri itirmək məqsədilə avtomobili yandırdıqları ehtimal olunur.
Kosta Rikanın Məhkəmə İstintaq Orqanı (OIJ) hadisənin törədilmə üsulu və peşəkar şəkildə planlaşdırıldığını nəzərə alaraq, bunun soyğunçuluq deyil, mütəşəkkil cinayətkar qruplar arasında mümkün hesablaşma ola biləcəyini istisna etmir.
İstintaq çərçivəsində müəyyən edilib ki, Gabriela Sanarrusia Çavarria daha əvvəl iki ayrı silahlı hücumdan yaralı xilas olub. Həmçinin onun keçmiş biznes tərəfdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqələrinin olduğu bildirilir.
Faktla bağlı genişmiqyaslı istintaq davam etdirilir. Hadisə sosial şəbəkələrdə də geniş rezonans doğurub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1118 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabr