İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur, əks təqdirdə bədəlini ödəyərsən. Reallıq qapını döyür", - deyə o bildirib.
Spiker paylaşımına memorandumun beşinci bəndinin surətini əlavə edərək bir müddəanı xüsusi qeyd edib. Həmin müddəaya əsasən, sənəd imzalandıqdan sonra İran 60 gün ərzində Fars və Oman körfəzləri arasındakı Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin etmək üçün bütün səylərini göstərməlidir.
Xatırladaq ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin regiona müdaxiləsi dayandırılana qədər Hörmüz boğazının bağlandığını elan etmişdi. SEPAH-ın məlumatına görə, buna səbəb icazəsiz marşrutla hərəkət edən gəmilərlə bağlı baş verən insident olub. Qurum insidentə görə məsuliyyəti Vaşinqtonun üzərinə qoyub.
Bundan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gəmiyə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlayıb. Ardınca İranın "Tasnim" və "Mehr" agentlikləri Küveyt və Qətərdə partlayışlar baş verdiyini, BƏƏ Müdafiə Nazirliyi İranın raket və dron hücumlarının dəf edildiyini, SEPAH isə İordaniyadakı ABŞ-yə məxsus "Şahzadə Həsən" aviabazasına raket zərbəsi endirildiyini xəbər verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 382 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrOkeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrƏrdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabr