Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu? - FOTOAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə görüşündə iki ölkənin münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə, ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Ticari-iqtisadi əməkdaşlığın inkişafı, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu, habelə iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib. Sonuncusu 16 aprel 2026-cı ildə Zəngilanda keçirilmiş hökumətlərarası komissiyanın ikitərəfli iqtisadi münasibətlərdə rolu vurğulanıb.

Nazirlər qlobal iqtisadiyyatda mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin müsbət dinamikasını qoruduğunu qeyd ediblər.

Nəqliyyat bağlantılarının və regional nəqliyyat layihələrinin inkişafının təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr qarşılıqlı fayda əsasında bütün iştirakçıların maraqlarına xidmət etməli, etimadın möhkəmlənməsinə, iqtisadi inkişafın və regional əməkdaşlığın genişlənməsinə töhfə verməlidir.

Tərəflər nəqliyyat və tranzit əməkdaşlığına dair məsələləri nəzərdən keçirərək, beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın inkişafı, multimodal daşımaların genişləndirilməsi və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Görüşdə humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, hər iki ölkənin vətəndaşları üçün əlverişli şəraitin yaradılması, akademik mübadilənin genişləndirilməsi, habelə mədəniyyət və təhsil müəssisələri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xəzər dənizində ekoloji vəziyyət, o cümlədən su səviyyəsinin azalması ilə bağlı yaranan çağırışlar və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemlərin həlli məqsədilə Xəzəryanı dövlətlər arasında koordinasiyalı fəaliyyətin, elmi tədqiqatların və birgə praktik tədbirlərin vacibliyi qeyd olunub.

Nazirlər regional və beynəlxalq gündəlikdə duran aktual məsələləri də müzakirə ediblər. Cənubi Qafqazda mövcud vəziyyətə toxunan nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqların beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslandığını vurğulayıb.

Azərbaycanın sülh gündəliyinə sadiqliyi, həyata keçirdiyi konstruktiv təşəbbüslər, o cümlədən etimad quruculuğu istiqamətində atdığı addımların normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Həmçinin sülh prosesi çərçivəsində qalan məsələlərin həllinin Cənubi Qafqazda uzunmüddətli sabitliyin, rifahın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin sülhün və sabitliyin təmin edilməsində əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər daha sonra mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026-27-ci illər üzrə Məsləhətləşmələr Planı imzalanıb.

15:50

Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov mətbuata bəyanatlarla çıxış edirlər.

Oxu.Az bu barədə Azərbaycan XİN-in məlumatına əsasən xəbər verir.

13:42

Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilir.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş nazir Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutur.

Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Danışıqların yekununda nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 219   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Peter Pelleqrini İlham Əliyevlə görüşü barədə: "Dərhal hiss edirsiniz ki, biz iki dost kimiyik"

Slovakiya Prezidenti Peter Pelleqrini bildirib ki, rəsmi görüşün məhz Şuşada keçirilməsi ideyası Azərbaycan dövlətinin başçısı İlham Əliyevə məxsus olub. xəbər verir ki, bu barədə Pelleqrini Şuşada "AnewZ" telekanalı üçün əslən bakılı olan tanınmış jurnalist Yuli Qusmana verdiyi eksklüziv müsahibəsind

17 iyul
.

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu? - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə görüşündə iki ölkənin münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərin

17 iyul
.

İlham Əliyev: "Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik"

"Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik, daha fəal surətdə 10 ildən artıq çalışmışıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib. Dövlətimizin başçısı qeyd edib: "Öz coğrafi üstünlüklərimizdə

13 iyul
.

İlham Əliyev Braziliyanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib

17 iyul
.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. 2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmas

15 iyul
.

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanını

7 iyul
.

Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı

151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani

17 iyul
.

Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir

Naxçıvanda iki dövlət qurumu ləğv edilərək yenidən təşkil olunur. -ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyind

14 iyul
.

Azərbaycanda əhali siyahıya alınacaq - FƏRMAN

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzr

7 iyul