Təkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət

Təkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyətMəhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasının vacib hissəsidir.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər tələsmədən, təkbaşına qəhvə içməyi sevimli istirahət üsulu seçən insanlarda tez-tez rast gəlinən doqquz xüsusiyyəti sadalayıblar.

1. Lazımsız tələskənliyi sevmirlər

Belə insanlar daim onlayn olmaq və ya hər mesaja dərhal cavab vermək ehtiyacı hiss etmirlər. Onlar özləri ilə tək qalmaqdan zövq alır və sükutdan çəkinmirlər.

2. Sadə anlardan zövq almağı bacarırlar

Psixoterapevt Liz Devis bildirir ki, həyatı romantikləşdirmək ideal mənzərə yaratmaq deyil, gündəlik həyatdakı gözəllikləri görməyi öyrənməkdir.

"Həyatını romantikləşdirmək ona daha çox şüurluluq, məqsədyönlülük və xüsusi ab-hava qatmaq deməkdir", deyə o qeyd edir.

Onun fikrincə, tələsmədən içilən bir fincan qəhvə də belə anlardan biri ola bilər.

3. Enerjilərini qoruyurlar

Bu insanlar daim imkanlarının son həddində işləmək əvəzinə, güclərini bərpa etmək üçün özlərinə qısa fasilələr verməyi üstün tuturlar.

Belə yanaşma emosional tükənmənin qarşısını almağa və gün ərzində məhsuldarlığı qorumağa kömək edir.

4. Düşünməyi sevirlər

Sakitlik içində vaxt keçirə bilən insanlar adətən özlərini təhlil etməyə meylli olurlar.

Psixoloqların fikrincə, məhz belə fasilələr zamanı insan yaşadıqlarını daha yaxşı dərk edir, qərarlar qəbul edir və yeni ideyalar tapır.

5. Öz ritmləri ilə yaşayırlar

"Slow living" həyat tərzinin populyarlığı insanların həyatın tempini yavaşlatmaq istəyindən irəli gəlir.

Psixologiya üzrə fəlsəfə doktoru Stiv Teylor hesab edir ki, bu yanaşma insanın ümumi rifahına müsbət təsir göstərir.

"Yavaş yaşadıqda reallığı daha dolğun yaşayırıq, çünki hər anın fərqində oluruq. Bununla yanaşı, həyat bizə daha az stresli və daha mənalı görünür", deyə o bildirir.

6. Darıxmaqdan qorxmurlar

Belə insanlar hər boş anlarını sosial şəbəkələr və ya videolarla doldurmağa ehtiyac duymurlar.

Araşdırmalara görə, qısa müddətli darıxma yaradıcılığı stimullaşdıra, diqqəti artıra və qeyri-standart həll yolları tapmağa kömək edə bilər.

7. Rahatlığa dəyər verirlər

Bu, təkcə yumşaq kreslo və ya sevimli fincan demək deyil.

Onlar həqiqətən rahatlaşa və daxili sakitlik hiss edə biləcəkləri mühit yaratmağa çalışırlar.

8. Sabit vərdişləri sevirlər

Onların bir çoxu hər gün eyni vaxtda qəhvə içir və ya özünəməxsus səhər ritualına malikdir.

Psixoloqlar bildirirlər ki, nizamlı gündəlik rejim həm psixi, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.

9. Özlərinə güvənirlər

Öz ritmləri ilə yaşamaqdan çəkinməyən insanlar adətən başqalarının fikrindən daha az asılı olurlar.

Onlar dəbə uyğunlaşmağa çalışmır, əksinə, onlara məmnunluq gətirən həyat tərzini rahatlıqla seçirlər.

Mütəxəssislər vurğulayırlar ki, telefon, xəbərlər və tələskənlikdən uzaq şəkildə bir neçə dəqiqəlik qəhvə fasiləsi vermək tənbəllik deyil, gücü bərpa etmək və stress səviyyəsini azaltmaq üçün faydalı üsuldur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 661   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr