"Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir" - AÇIQLAMA

"Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir" - AÇIQLAMA"Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb", - bunları Sonxeber.az -a açıqlama verən tarix elmləri doktoru, professor Həcər Verdiyeva deyib:

"İlk növbədə Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.
1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Azərbaycan-Almaniya münasibətləri təkcə iqtisadi və siyasi maraqlara əsaslanmır. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. Bu əlaqələrin arxasında dərin humanitar və mədəni bağlar dayanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanda zəngin alman irsi xüsusi yer tutur. XIX əsrin əvvəllərində alman ailələrinin Azərbaycana köçməsi ilə Göygöl (tarixi Yelenendorf) və Şəmkir (Annenfeld) başda olmaqla Gəncə, Qazax, Tovuz və Ağstafa bölgələrində alman koloniyaları yaranıb. Almanlar Azərbaycanda üzümçülük və şərabçılığın təməlini qoyub, memarlıq və sənaye mədəniyyətinə böyük töhfələr veriblər. Bu inteqrasiya o qədər dərin olub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən fraksiyanın üzvlərindən biri məhz almanəsilli Lorentz Kuntz idi.
Bu gün də Azərbaycan dövləti ölkədəki alman tarixi-mədəni irsinə, alman kilsələrinə və abidələrinə böyük hörmətlə yanaşır, onların qorunub saxlanmasını təmin edir. Bu tolerant mühit humanitar əlaqələrin genişlənməsinə, minlərlə azərbaycanlı tələbənin DAAD proqramları vasitəsilə Almaniyada təhsil almasına və Bakı Höte Mərkəzi kimi qurumların fəaliyyətinə münbit zəmin yaradır.
Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqeyi ilə seçilib. Məsələn, Almaniya Qarabağda vaxtilə mövcud olan separatçı rejimi tanımayıb. Bununla da öz mövqeyini nümayiş etdirmiş olub. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var.
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Daha sonra ölkə başçısı Almaniyanın Federal Kansleri Fridrix Merts ilə görüşlər keçirib. Görüşlərdən sonra "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.
İmzalama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Prezidenti İlham Əliyev birgə mətbuat konfransında imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib: "Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq".
Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".
Almaniyanın Federal Kansleri Fridrix Merts bildirib ki, Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb. O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, biz danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edirik. "Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar", - deyə Kansler vurğulayıb.
Kansler Merts vurğulayıb ki, sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır. Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.
Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: "Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir".
Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan "Şərq Tərəfdaşlığı" təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 379   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH

"Azərbaycanın gerçək tarixi dünyaya tanıdılmalıdır. Uzun illər torpaqlarımız işğal altında olub və Ermənistan, eləcə də onun havadarları Azərbaycan tarixini saxta şəkildə dünyaya təqdim ediblər. Təəssüf ki, bu saxtakarlıqlar Azərbaycanla bağlı yanlış mövqe formalaşdırılmasına da xidmət edib"

15 sentyabr
.

Qafqaz Albaniyasına məxsus irsi tanıtmaq Azərbaycanın haqqıdır - AÇIQLAMA

"Bu gün Qarabağda Qafqaz Albaniyasına məxsus alban-xristian kilsələri ictimaiyyətə təqdim olunur. Hesab edirəm ki, bunun Azərbaycanın maddi-mədəni irsinə aid olması həm ictimaiyyətə, həm də ermənilərə bəllidir. Bu irsi tanıtmaq Azərbaycanın haqqıdır". Bunu -a açıqlamasında politoloq Samir Hümbəto

16 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Azərbaycan Prezidenti: "Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir"

"Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu sözlər sülhə, əməkdaşlığa

15 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Nazir Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya göstəricilərini AÇIQLADI

"Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur". xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:. "Həmçinin, 108 il əvvə

15 sentyabr
.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr