"Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir" - AÇIQLAMA

"Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir" - AÇIQLAMA"İyulun 20-21-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə rəsmi səfəri baş tutub. Bu da Avropada, o cümlədən qitənin iqtisadi cəhətdən ən çox inkişaf edən lövləti olan Almaniyada Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstək, həmçinin dövlətimizin başçısının yüksək nüfuzundan irəli gəlir" - ,bunu Sonxeber.az -a danışan AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib:

"Azərbaycanın hər zaman müstəqil siyasət yürütdür və yalnız özünün milli maraqlarından çıxış edir. Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Son dərəcə gərgin və mürəkkəb proseslərin getdiyi bir dönəmdə də bu etibarlılıq qorunub saxlanılır. Bunun səbəblərindən biri də müstəqil Azərbaycanın çoxşaxəli, balanslaşdırılmış və ədalət üzərində qurulan xarici siyasət yürütməsidir.
Əminliklə demək mümkündür ki, Azərbaycanın Avropa, Asiya, Afrika, Amerika ölkələri ilə əlaqələri dinamik inkişaf etdirilir. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Azərbaycanın dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və siyasi iradəsinin nəticəsidir.
Neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. Dövlətimizin xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələrin üstünlük təşkil edir. Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. İki ölkə arasında qarşılıqlı münasibətlərin əsası XIX əsrin ikinci yarısına təsadüf edir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və həmin ilin fevralında isə iki ölkə arasında diplomatik münasibətlər qurulub.
Berlində keçirilən yüksəksəviyyəli görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Prezidenti İlham Əliyev birgə mətbuat konfransında imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib: "Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq".
Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir. "Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər hansı problem yoxdur",- deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edilməlidir ki, Azərbaycan-Almaniya münasibətləri təkcə iqtisadi və siyasi maraqlara əsaslanmır. Bu əlaqələrin arxasında dərin humanitar və mədəni bağlar dayanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanda zəngin alman irsi xüsusi yer tutur. XIX əsrin əvvəllərində alman ailələrinin Azərbaycana köçməsi ilə Göygöl (tarixi Yelenendorf) və Şəmkir (Annenfeld) başda olmaqla Gəncə, Qazax, Tovuz və Ağstafa bölgələrində alman koloniyaları yaranıb. Almanlar Azərbaycanda üzümçülük və şərabçılığın təməlini qoyub, memarlıq və sənaye mədəniyyətinə böyük töhfələr veriblər. Bu inteqrasiya o qədər dərin olub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən fraksiyanın üzvlərindən biri məhz almanəsilli Lorentz Kuntz idi.
Bu gün də Azərbaycan dövləti ölkədəki alman tarixi-mədəni irsinə, alman kilsələrinə və abidələrinə böyük hörmətlə yanaşır, onların qorunub saxlanmasını təmin edir. Bu tolerant mühit humanitar əlaqələrin genişlənməsinə, minlərlə azərbaycanlı tələbənin DAAD proqramları vasitəsilə Almaniyada təhsil almasına və Bakı Höte Mərkəzi kimi qurumların fəaliyyətinə münbit zəmin yaradır.
Beləliklə, regionda yeni reallıq yaradan Azərbaycanın qarşısında böyük hədəflər durur. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri həm keçmişin zəngin irsinə dərin ehtiram, həm də gələcəyin qlobal çağırışlarına verilən ortaq rasional cavabdır. İqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə vəsait yatırmaq istəyən alman investorlarının ölkəmizə artan marağı bu tərəfdaşlığın real miqyasını göstərir. Bakı və Berlin arasında qurulan bu strateji körpünün təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya coğrafiyasının enerji, nəqliyyat təhlükəsizliyinə və siyasi sabitliyinə xidmət edən uzunmüddətli strategiya olduğu aydın görünməkdədir"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 539   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır"

"İndi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib. Dövlətimizi

15 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

"İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçılar

15 sentyabr
.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16 sentyabr
.

Prezident: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

"Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib. "Biz Azərbaycanda hər zaman çalışmışı

15 sentyabr
.

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfir

16 sentyabr
.

"Səmərəli müzakirələri yüksək qiymətləndirirəm"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X" sosia

16 sentyabr
.

"Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X"

16 sentyabr
.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr