"Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır" - AÇIQLAMA

"Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır" - AÇIQLAMA"Hazırda Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Görünən odur ki, Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Azərbaycanın müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaş kimi qəbul olunması günümüzün reallığıdır. Bütün bunlar ölkəmizin hər bir dövlətlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursunu həyata keçirməsinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm, inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib" , - bunları Sonxeber.az -a danışan Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov deyib:

"Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir. Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə Berlinə rəsmi səfərə gəlib. Səfər çərçivəsində Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşləri keçirib. Görüşlərdən sonra "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Azərbaycan dünya dövlətləri ilə ikitərəfli münasibətləri əhəmiyyətli hesab edir. Prezident İlham Əliyev Almaniyada mətbuat konfransında çıxışında bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".
Vürğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. "Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir. "Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər hansı problem yoxdur",- deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkə başçısı mətbuata bəyanatında Azərbaycanın bağlantılar və tranzit imkanlarına da toxunaraq Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyətini qeyd edərək Almaniyanın şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Mətbuat konfransında Prezident İlham Əliyev Avropa İttifaqı ilə əlaqələrə toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: "Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək".
Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb.
Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir.
Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz də xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.
Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın "Berlin Wind" şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq "Yeni Yaşma" Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, Azərbaycanla Almaniya arasında iqtisadi sahədə münasibətlər daha da inkişaf edərək yeni inkişaf mərhələsinə qədəm qoyacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 614   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH

"Azərbaycanın gerçək tarixi dünyaya tanıdılmalıdır. Uzun illər torpaqlarımız işğal altında olub və Ermənistan, eləcə də onun havadarları Azərbaycan tarixini saxta şəkildə dünyaya təqdim ediblər. Təəssüf ki, bu saxtakarlıqlar Azərbaycanla bağlı yanlış mövqe formalaşdırılmasına da xidmət edib"

15 sentyabr
.

Qafqaz Albaniyasına məxsus irsi tanıtmaq Azərbaycanın haqqıdır - AÇIQLAMA

"Bu gün Qarabağda Qafqaz Albaniyasına məxsus alban-xristian kilsələri ictimaiyyətə təqdim olunur. Hesab edirəm ki, bunun Azərbaycanın maddi-mədəni irsinə aid olması həm ictimaiyyətə, həm də ermənilərə bəllidir. Bu irsi tanıtmaq Azərbaycanın haqqıdır". Bunu -a açıqlamasında politoloq Samir Hümbəto

16 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Azərbaycan Prezidenti: "Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir"

"Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu sözlər sülhə, əməkdaşlığa

15 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Nazir Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya göstəricilərini AÇIQLADI

"Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur". xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:. "Həmçinin, 108 il əvvə

15 sentyabr
.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr