"Azərbaycan-Almaniya arasında dostluq və tərəfdaşlıq münasibətləri var" - AÇIQLAMA

"Azərbaycan-Almaniya arasında dostluq və tərəfdaşlıq münasibətləri var" - AÇIQLAMAPrezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniyaya rəsmi səfəri, keçirdiyi görüşlər növbəti tarixi hadisə oldu. Prezident İlham Əliyevin Berlində keçirilən görüşlər Azərbaycanın dünyada artan nüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəklə bağlıdırsa, digər tərəfdən bu, bilavasitə Prezidentimizin şəxsi hörmətindən irəli gəlir.

Zaman keçdikcə biz qarşılıqlı əlaqələrin inkişaf etdiyinin də şahidi oluruq. Ötən dövr ərzində iqtisadi və ticarət əlaqələrinin genişlənib, ticarət dövriyəsində müsbət nəticələr əldə olunub. Azərbaycan-Almaniya münasibətləri ümumilikdə yüksələn xətt üzrə genişlənir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm faktordur.
Almaniyanın Ermənistanla Azərbaycan arasında danışıqlara məkan rolunda çıxış etmək istəməsinə gəldikdə isə, burada Azərbaycan üçün etiraz doğuran məqam yoxdur. Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir.
Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib. Şimal marşrutunun müharibə və sanksiyalar səbəbindən əvvəlki funksionallığını itirməsi, cənub istiqamətində isə geosiyasi risklərin artması fonunda Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Bu dəhlizin mərkəzində yerləşən Azərbaycan artıq təkcə tranzit ölkəsi deyil, Avropanın "Global Gateway" strategiyasında mühüm geoiqtisadi tərəfdaş kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən formalaşan multimodal daşımalar sistemi Azərbaycanın bu dəhlizin əsas logistika qovşağına çevrildiyini göstərir. Məhz buna görə də Brüsselin Bakı ilə əməkdaşlığı bu gün enerji təhlükəsizliyi, logistika, rəqəmsal bağlantılar, yaşıl enerji və kritik xammal tədarükünü əhatə edən kompleks strateji tərəfdaşlıq məzmunu qazanıb.
Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".
Vürğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. "Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir. "Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər hansı problem yoxdur",- deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkə başçısı mətbuata bəyanatında Azərbaycanın bağlantılar və tranzit imkanlarına da toxunaraq Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyətini qeyd edərək Almaniyanın şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Öz növbəsində Almaniyanın Federal Kansleri Fridrix Merts bildirib ki, Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb. O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, biz danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edirik. "Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar", - deyə Kansler vurğulayıb.
Cənab Fridrix Merts vurğulayıb ki, sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır. Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.
Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: "Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir".

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 317   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Slovakiya Prezidentinin səfəri başa çatdı - Fotolar

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri iyulun 15-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Slovakiya Prezidenti Peter Pelleqrinin

15 iyul
.

Azərbaycan Slovakiya iqtisadi əlaqələr daha da genişlənir

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə

14 iyul
.

Peter Pelleqrini İlham Əliyevlə görüşü barədə: "Dərhal hiss edirsiniz ki, biz iki dost kimiyik"

Slovakiya Prezidenti Peter Pelleqrini bildirib ki, rəsmi görüşün məhz Şuşada keçirilməsi ideyası Azərbaycan dövlətinin başçısı İlham Əliyevə məxsus olub. xəbər verir ki, bu barədə Pelleqrini Şuşada "AnewZ" telekanalı üçün əslən bakılı olan tanınmış jurnalist Yuli Qusmana verdiyi eksklüziv müsahibəsind

17 iyul
.

"Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığı inkişafdadır"

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlər, eləcə də "Azərbaycan Respublikası və Almaniy

22 iyul
.

Prezident: "Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq"

"Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib. Dövlətimizin başçısı deyib: "Biz artıq strateji dialoqu

21 iyul
.

Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi - FOTO

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub. İlham Əliyev slovakiyalı həmkarına qılınc hədiyyə edib. Pelleqrini isə dövlətimizi

14 iyul
.

İlham Əliyev: "Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək"

"Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniy

21 iyul
.

İlham Əliyev Məhəmməd Mustafanı qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsin

16 iyul
.

Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar

İyul ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlıb. Bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal reallıqlar şəraitində Avropanın və xüsusilə onun iqtisadi cəhətdən aparıcı dövləti olan Almaniyanın Cənubi Qafqaza münasibətdə olan diqqəti

22 iyul