And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər

And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilərArgentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər.

Qaynarinfo xəbər verir ki, "Popular Mechanics"in məlumatına görə, "Filo del Sol" yatağı üzrə mineral ehtiyatların yeni qiymətləndirilməsi burada əvvəlki hesablamalarla müqayisədə təxminən beş dəfə çox metal ehtiyatının ola biləcəyini göstərib.

Qiymətləndirmə 400-dən çox əlavə kəşfiyyat qazmasının nəticələrinə əsaslanır. Araşdırma yatağın daha dərin laylarında mis ehtiyatlarının əvvəlki proqnozlardan xeyli çox olduğunu üzə çıxarıb.

"Lundin Mining" şirkətinin hesablamalarına görə, yataqda təxminən 13 milyon ton mis, 907 tona yaxın qızıl və 18,6 min tona yaxın gümüş ehtiyatı mövcuddur.

Şirkətin baş icraçı direktoru Cek Lundin "Filo del Sol" yatağını son 30 ildə dağ-mədən sənayesində ən mühüm kəşflərdən biri adlandırıb.

Mütəxəssislərin fikrincə, bu yataq "yaşıl" enerji sektorunun inkişafında mühüm rol oynaya bilər. Mis elektromobillərin, külək turbinlərinin və elektrik şəbəkələrinin istehsalında geniş istifadə olunur. Qızıl isə yalnız zərgərlik sənayesində deyil, telekommunikasiya, aerokosmik sənaye və elektronika istehsalında da mühüm xammal hesab edilir.

Mədən işləri ciddi çətinliklərlə üzləşə bilər

Nəhəng ehtiyatlara baxmayaraq, onların çıxarılması olduqca mürəkkəb olacaq. Yataq Atakama səhrasında, dəniz səviyyəsindən təxminən 5 min metr yüksəklikdə yerləşir. Seyrək hava və sərt iqlim şəraiti işçilərdə dağ xəstəliyi riskini artırır, texnika və avadanlığın bölgəyə çatdırılması isə ciddi logistika çətinlikləri yaradır.

Bundan əlavə, ekoloqlar genişmiqyaslı hasilatın And dağlarının həssas yüksək dağ ekosistemlərinə zərər vura biləcəyindən narahatdırlar.

Ekoloqlar narahatlıq ifadə edirlər

Təbiəti mühafizə təşkilatlarının nümayəndələri bildirirlər ki, layihənin həyata keçirilməsi Argentina üçün əsas şirin su mənbələrindən biri olan buzlaqları təhlükə altına qoya bilər.

"Fundación Ambiente y Recursos Naturales" (FARN) təşkilatının məlumatına görə, ölkənin içməli su ehtiyatının təxminən 70 faizi məhz buzlaqlardan təmin edilir.

Digər mühüm problem isə mədən işləri üçün tələb olunan böyük həcmdə sudur. FARN bildirir ki, Argentinanın iri mədənlərindən biri hər il təxminən 25 milyard litr su istifadə edir. Bu həcm regionda yaşayan 500 min nəfərin illik su tələbatının üçdə birindən çoxuna bərabərdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2116   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq. Bu barədə "Report" "UkrAgroConsult" analiti

21 noyabr
.

Estoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır

Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il

20 noyabr
.

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək

20 noyabr
.

Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü

Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye

20 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr
.

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri

19 noyabr