Jeffrey Epsteinə bənzəyən şəxsin görüntüləri sosial şəbəkələri silkələdi - VİDEO
2019-cu ildə həbsdə ölən, azyaşlılara qarşı cinsi istismar ittihamları ilə gündəmə gələn amerikalı maliyyəçi Jeffrey Epsteinə olduqca bənzəyən bir şəxsin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yayılan videoda üstüaçıq avtomobillə hərəkət edən şəxsə qonşu avtomobildə olanlar əvvəlcə "Jeffrey" deyə səslənirlər. Şəxs səsi eşidərək geri çevrilir. Ardınca "Epstein" adı çəkildikdə isə onun təşvişə düşdüyü, qəfil sürəti artıraraq hadisə yerindən uzaqlaşdığı görünür.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə viral yayılıb. Bir çox istifadəçi videodakı şəxsin Jeffrey Epsteinə olduqca bənzədiyini qeyd etsə də, bunun sadəcə zahiri oxşarlıq olduğu və videoda görünən şəxsin Epstein olması ilə bağlı hər hansı sübutun mövcud olmadığı vurğulanır.
Qeyd edək ki, Jeffrey Epstein 2019-cu ildə ABŞ-da federal həbsxanada ölü tapılıb. Rəsmi məlumata görə, onun ölümü intihar kimi qeydə alınıb. Bununla belə, ölümü ilə bağlı müxtəlif sui-qəsd nəzəriyyələri uzun müddətdir ictimai müzakirə mövzusu olaraq qalır. Videoda görünən şəxsin Epstein olması ilə bağlı isə heç bir rəsmi təsdiq və ya fakt yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 589 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasının çəkilməmi
14 noyabrSalyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
1 noyabrAtatürk prospektində obyekt yanır - Video
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırd
16 noyabrMinaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15 noyabrAğdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
7 noyabr