Çində kritik vəziyyət: Ölkədə "narıncı" təhlükə səviyyəsi elan edildi
İyulun 25-də Çin hökuməti "Honqsya" tayfununun yaxınlaşması səbəbindən ölkənin bir neçə bölgəsində "narıncı" (yüksək) təhlükə səviyyəsi elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Meteorologiya İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, "Honqsya" səhər saatlarında tropik fırtınadan tayfun səviyyəsinə qədər güclənib. Onun iyulun 26-na keçən gecə Honkonq bölgəsində, həmçinin ondan şərqdə yerləşən Quandun əyalətinin sahillərində, Huilay şəhərinə qədər olan ərazidə quruya çıxacağı proqnozlaşdırılır.
Sinoptiklərin proqnozlarına əsasən, gələcəkdə "Honqsya" şimal istiqamətində hərəkət edəcək. İyulun 25-də Quandun, qonşu Fujian əyaləti və Tayvan adasına təsir edəcək şiddətli yağıntılar gözlənilir.
Bundan əlavə, növbəti sutka ərzində Çinin şimal-şərqində - Rusiya ilə sərhəddə yerləşən bölgələrində leysan xarakterli yağışlar yağacaq. Şiddətli yağışlar, həmçinin şərqdə Şandun, mərkəzdə Henan bölgələrinə düşəcək və Çinin cənub-qərbindəki Yunnan əyalətini də əhatə edəcək.
Çində təbii fəlakətlərlə bağlı dörd xəbərdarlıq səviyyəsi mövcuddur: "qırmızı" (ən yüksək), "narıncı" (yüksək), "sarı" (artmış) və "mavi" (mötədil). Bu təsnifata uyğun olaraq, hökumət zərərin minimuma endirilməsi, itkilərin qarşısının alınması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün lazımi həcmdə resursları cəlb edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 496 Tarix: 25 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrSakit okeanda onlarla insanın olduğu bərə batıb
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat
13 sentyabrABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır
ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu
14 sentyabrBritaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb
Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya
16 sentyabrKanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni
16 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabr