Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir
Misir və ABŞ Qəzza zolağında Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsini sürətləndirmək istiqamətində regional tərəfdaşlarla birgə iş aparır.
"Report"un "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə Livanın "Al-Akhbar" qəzeti xəbər verir.
Buna səbəb İsrail və HƏMAS arasındakı atəşkəsin pozulmasının qarşısını almaq və anklavın müharibədən sonrakı idarəetmə planlarının həyata keçirilməsinə keçid etməkdir.
Nəşrin məlumatına görə, Qahirə ümid edir ki, bu qüvvələr Qəzzada təhlükəsizlik sahəsində yeni vəziyyət yaradacaq.
"Al-Akhbar"ın mənbələri həmçinin bildirib ki, Misir artıq ISF-nin mümkün yerləşdirilməsini dəstəkləmək məqsədilə Qəzza ilə sərhəddə yeni hərbi qüllələrin və obyektlərin tikintisinə başlayıb.
Bundan əlavə, Qahirə gizli olaraq anklava humanitar yardımın həcmini və keyfiyyətini artırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 158 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
UKMTO Oman körfəzində tankerlə bağlı insident barədə məlumat verib
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman körfəzində tankerin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzin rəsmi saytı məlumat yayıb. Bununla belə, UKMTO insidentin nədə
25 iyulSi Cinpin Qırğızıstana dövlət səfəri edəcək
Çin lideri Si Cinpin 31 avqust - 1 sentyabr tarixləri aralığında Qırğızıstana dövlət səfəri edəcək və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Qırğızıstanın xairic işlər naziri Ceenbek Kulubayev çinli həmkarı Van İ ilə görüşündə bildirib
26 iyulVenesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə yekun qərar qəbul edib. xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər və xarici ticarət naziri Feliks Plasensiya "Telegram" kanalında paylaşım edib. Nazirin sözlərinə görə, qərarın qəbul edilməsinə səbəb BCM-ni
26 iyulDaha bir gəmi Hörmüzdə minaya düşdü
Hörmüz boğazında daha bir tanker minaya düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb. Bildirilib ki, üç neft tankeri Hörmüz boğazından cənubda minalanmış ərazidən keçməyə cəhd edib. Onlardan biri minaya düşüb və gəmidə yanğın ba
23 iyul