Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir və İran bu prosesə əvvəlkindən daha ciddi yanaşmağa başlayıb.
Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbəti zamanı danışıb.
"Biz onlarla danışırıq. Düşünürəm ki, hər keçən gün onlar danışıqlara daha ciddi yanaşırlar. Ola bilsin ki, bunun məlum səbəbləri var. Hazırda onlarla danışıqlar aparırıq", - deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib: "Onlar indi daha ciddi davranırlar. Lakin bu, mütləq uğur qazanacağımız anlamına gəlmir".
İranla aparılan danışıqlarda ABŞ tərəfdən kimlərin iştirak etdiyi ilə bağlı suala cavab verən Tramp isə "demək olar ki, hamı" ifadəsini işlədib. O qeyd edib ki, prosesdə vitse-prezident Cey. Di. Vens və dövlət katibi Marko Rubio da iştirak edirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 138 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"TikTok"un başı dərddə: Uşaqların təhlükəsizliyi ilə bağlı ciddi iddialar
Avropa Komissiyası (AK) "TikTok"u Rəqəmsal Xidmətlər Aktında (Digital Services Act - DSA) nəzərdə tutulan uşaqların onlayn mühitdə qorunması ilə bağlı Avropa İttifaqı (Aİ) qaydalarını pozmaqda ittiham edib. xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb. Məlumatda bildirili
25 iyulEpşteyn üçün model qızların tədarükçüsünün meyiti yarıldı
Model qızların tədarükçüsü və qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin ehtimal olunan şəriki Daniel Siadın meyitinin yarılması zamanı zorakı ölümə işarə edən əlamətlər aşkar edilməyib. xəbər verir ki, bu barədə "Franceinfo" radioşirkətinə istinadən Fransanın Nanter Prokurorluğu məluma
26 iyulDonald Tramp ermənipərəst Adam Şiffi "yekəbaş" adlandırdı
ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində Co Baydenə məğlub olmadığını bir daha vurğulayaraq, 2028-ci ildə yenidən namizədliyini irəli sürəcəyi ilə bağlı zarafatından da qalmayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulund
25 iyulErmənistan ilə Rusiya arasında PENDİR BÖHRANI
Rusiya bazarının itirilməsi halında Ermənistan pendir ixracından əldə etdiyi gəlirlərin 80 faizindən çoxundan məhrum olacaq. xəbər verir ki, bu barədə milli statistika xidmətlərinin məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb. 2025-ci ildə Ermənistanın sözügedən məhsulun tədarükündə
25 iyul