Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?

Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?Antarktidada yerləşən Meri Berd Torpağı bu günə qədər heç bir dövlətin rəsmi ərazi iddiası irəli sürmədiyi ən böyük quru sahələrindən biridir.

Qaynarinfo xəbər verir ki, bu regionun unikallığı təkcə ölçüləri ilə deyil, həm də hüquqi statusu ilə bağlıdır. Sahəsi İran və Monqolustandan böyük, Polşadan isə təxminən beş dəfə geniş olan Meri Berd Torpağı artıq bir əsrə yaxındır ki, heç bir ölkənin rəsmi iddiasına daxil edilməyib.

Ərazinin tarixi 1920-1930-cu illərdə Qərbi Antarktikanın bu hissəsini xəritələşdirən admiral Riçard Evelin Berdin (Richard Evelyn Byrd) ekspedisiyaları ilə bağlıdır.

ABŞ hökuməti sonradan bu əraziyə rəsmi iddia irəli sürmək imkanını nəzərdən keçirsə də, sonda bundan imtina edib.

"WP Tech" nəşrinin yazdığına görə, Meri Berd Torpağının gələcəyi ilə bağlı üç əsas ssenari müzakirə olunur:

* regionun BMT-nin nəzarəti altında xüsusi elmi-tədqiqat zonası elan edilməsi;
* böyük dövlətlərin Antarktika Müqaviləsinin prinsiplərini zəiflətməsi;
* buzlaqların əriməsi nəticəsində təbii sərvətlərə çıxışın asanlaşması fonunda iqtisadi marağın artması.

Hazırda bu ərazi planetdə baş verən qlobal proseslərin öyrənilməsi üçün mühüm elmi laboratoriyalardan biri hesab olunur.

Alimlər 2020-ci ildən bildirirlər ki, burada buz örtüyünün altındakı geotermal istilik axını əvvəlki hesablamalardan təxminən 50 faiz yüksəkdir. Bu amil buzlaqların ərimə sürətinə və iqlim dəyişikliklərinin qiymətləndirilməsinə birbaşa təsir göstərir.

Bundan başqa, buz örtüyünün altında yerləşən vulkanik sistem də xüsusi maraq doğurur. 2024-cü ildə ABŞ-ın bir neçə universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Yer mantiyasından təxminən 1,2 min kilometr dərinliyə qədər uzanan mantiya plumu ilə əlaqəli azı 138 isti nöqtə müəyyən edib.

Tədqiqatçılar hesab edirlər ki, bu proseslər Tveyts buzlağının davranışı ilə əlaqəlidir. Məlumata görə, geotermal istilik buzlağın aşağı hissəsində ərimə sürətini ildə təxminən 15 santimetr artırır ki, bu da əvvəlki qiymətləndirmələrdən yüksək göstəricidir.

Antarktika Müqaviləsi və dövlətlər arasında rəqabət

1959-cu ildə imzalanmış Antarktika Müqaviləsi yeni ərazi iddialarının irəli sürülməsini qadağan etsə də, regiona marağı azaltmayıb.

Çin 2026-cı ildə sualtı dronlarla təchiz edilmiş yeni mobil elmi bazanın fəaliyyətə başlayacağını elan edib. ABŞ Antarktika proqramının maliyyələşdirilməsini beş dəfə artırıb, Avropa İttifaqı isə dərin buz qazıntıları ilə bağlı "Beyond EPICA" layihəsini həyata keçirməyə başlayıb.

Hazırda əsas rəqabət təbii sərvətlərə görə deyil, elmi məlumatlara görə gedir.

BMT-nin 2025-ci il hesabatına əsasən, dünya üzrə iqlim modellərinin 37 faizi Antarktikadan əldə olunan məlumatlara əsaslanır. Dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı proqnozların eyni payı isə Tveyts buzlağında aparılan tədqiqatlardan asılıdır. Bu məlumatların iqtisadi dəyəri ildə 60 milyard ABŞ dollarından çox qiymətləndirilir.

Antarktikada həyat şəraiti və simvolik iddialar

Bu regionda işləmək son dərəcə çətin şərait tələb edir. Burada temperatur mənfi 80 dərəcəyədək enir, küləyin sürəti saatda 100 kilometrə çatır və tədqiqatçılar ilin ən azı səkkiz ayını tam təcrid vəziyyətində keçirirlər.

Buna görə də külək və günəş enerjisi ilə işləyən avtomatlaşdırılmış stansiyalar getdikcə daha geniş istifadə olunur. Onlar ilboyu sensorların işləməsini təmin edir və məlumatları real vaxt rejimində peyklər vasitəsilə ötürür.

Hüquqi statusunun qeyri-müəyyən olması müxtəlif simvolik təşəbbüslərin də yaranmasına səbəb olub. Son illərdə Vestarktika Böyük Hersoqluğu, Finismund Krallığı və Buzlaq Respublikası kimi layihələr elan edilsə də, onların heç biri beynəlxalq səviyyədə siyasi əhəmiyyət daşımır.

İqlim dəyişikliyinin sürətlənməsi fonunda Meri Berd Torpağının gələcəyi getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Əsas sual isə budur: bu region elmi tədqiqatlar üçün beynəlxalq əməkdaşlıq məkanı olaraq qalacaq, yoxsa daha sərt geosiyasi rəqabətin predmetinə çevriləcək?


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 944   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı

13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib. Bu barədə "Sensor Tower" analitik platforması məluma

20 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

Koretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb

Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain

20 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək

20 noyabr
.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr
.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl

20 noyabr