"Hörümçək adam"ın yeni filmi: İlk rəylər necə oldu?

"Hörümçək adam"ın yeni filmi: İlk rəylər necə oldu?Marvel Studios-un uzun müddətdir gözlənilən "Hörümçək adam: Tamamilə yeni gün" (Spider-Man: Brand New Day) filmi kinotənqidçilər üçün nümayiş etdirilib. İlk rəylərə əsasən, ekran əsəri həm süjeti, həm də Tom Hollandın ifası ilə müsbət qarşılanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin əməkdaşı Erik Devis bildirib ki, yeni film əvvəlki "Hörümçək adam" trilogiyasından daha yetkin, düşünülmüş və təsirli alınıb.

Onun sözlərinə görə, rejissor Destin Deniel Kretton filmdə indiyədək gördüyü ən uğurlu döyüş səhnələrindən bəzilərini təqdim edib.

"Bu film bir qədər detektiv hekayəsi, bir qədər psixoloji triller, bir qədər də dostluq komediyasıdır. Xüsusilə Hörümçək adam və Cəzaçı ilə bağlı zarafatlar çox uğurludur. Mütləq izlənilməlidir", - deyə Devis qeyd edib.

Teleaparıcı və jurnalist Brendon Pop da filmi yüksək qiymətləndirərək onu Marvel-in ən uğurlu ekran işlərindən biri adlandırıb.

"Bu, indiyə qədər izlədiyim ən yaxşı Marvel filmlərindən biridir. Həm emosional, həm də həyəcan dolu ekran əsəridir", - deyə o bildirib.

Kinotənqidçi Piter Hauell isə Tom Hollandın ifasını xüsusi vurğulayıb.

Onun fikrincə, aktyor bu filmdə Hörümçək adam obrazının sarkazmını, daxili narahatlıqlarını və sevgi həyatındakı çətinlikləri əvvəlki filmlərlə müqayisədə daha uğurla canlandırıb.

Film nədən bəhs edir?

Filmdə Piter Parker əvvəlki kimi şəhəri Hörümçək adam kimi qorumağa davam edir və eyni zamanda yaxınlarının həyatını gizlicə izləyir. Lakin bir müddət sonra onun fövqəltəbii qabiliyyətləri zəifləməyə başlayır.

O, kömək üçün doktor Bryus Bannerə müraciət edir. Banner isə Piterin orqanizmində hörümçəklərin həyat dövrünə bənzər mutasiya prosesinin başladığını müəyyən edir. Bu dəyişiklik onun həyatı üçün təhlükə yaratsa da, eyni zamanda ona yeni güclər qazandıra bilər.

Filmdə Tom Hollandla yanaşı Zendaya, Ceykob Batalon, Mark Ruffalo və Con Bernthal da rol alıblar. Filmin rejissoru isə Destin Deniel Krettondur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 740   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı

Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"

20 noyabr
.

Uitkoff və Kuşner Çindən Berlinə gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb

Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr
.

Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"

ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələri

21 noyabr
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Perunun And bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ Lima sakinlərini küçələrə çıxarıb

Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, cümə günü Perunun mərkəzində 6,8 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, paytaxt Limada bəzi insanlar küçələrə axışıb. Lakin itki və ya ciddi ziyan barədə dərhal məlumat verilməyib. Perunun Geofizika İnstitutunu

21 noyabr