"Dil hər bir xalqın milli kimliyinin və dövlətçiliyinin əsas sütunudur" - DEPUTAT

"Dil hər bir xalqın milli kimliyinin və dövlətçiliyinin əsas sütunudur" - DEPUTAT"Dil hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşı, milli kimliyinin və dövlətçiliyinin əsas sütunudur. Xalqın keçdiyi tarixi yol, yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, adət-ənənələr və mənəvi dəyərlər məhz ana dili vasitəsilə nəsildən-nəslə ötürülür. Azərbaycan dili də minilliklər boyu xalqımızın milli varlığını qoruyub saxlayan, onun mənəvi dünyasını yaşadan və müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan zəngin və ahəngdar bir dildir", - bunları Sonxeber.az -a danışan deputat Pərvanə Vəliyeva deyib:

"Bizim Azərbaycan dili şeir dilidir."
Ulu Öndər Heydər Əliyev
Dünyanın müxtəlif xalqlarına mənsub olan insanlar Azərbaycan dilini ilk dəfə eşidərkən, onun mənasını tam anlamasalar belə, bu dilin ahəngdarlığını, melodikliyini və şeirə bənzər səslənişini xüsusi vurğulayırlar. Bu, Azərbaycan dilinin zəngin fonetik quruluşunun, incə ifadə imkanlarının və əsrlər boyu formalaşmış mədəni irsinin göstəricisidir. Məhz buna görə Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, xalqımızın ruhunu, tarixini, mədəniyyətini və milli kimliyini yaşadan ən böyük mənəvi sərvətlərdən biridir.
Ulu Öndər Heydər Əliyev deyirdi: "Dil hər bir millətin milliliyinin əsasıdır." Bu fikir Azərbaycan dilinin dövlətçilik və milli kimlik baxımından əhəmiyyətini ən dolğun şəkildə ifadə edir. Ana dilini qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Gənclər müasir Azərbaycan dilini bütün incəlikləri ilə öyrənməli, gündəlik həyatlarında, elm və təhsildə, informasiya məkanında, dövlət idarəçiliyində və beynəlxalq platformalarda ondan düzgün və zəngin şəkildə istifadə etməlidirlər.
Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Xüsusilə 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların ictimai-siyasi həyatında dil məsələsinə ciddi məhdudiyyətlər tətbiq olunurdu. Hətta 1930-cu illərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar repressiyalara məruz qalır, sürgün edilirdilər. Belə mürəkkəb şəraitdə ana dilinin müdafiəsini açıq şəkildə gündəmə gətirmək böyük siyasi iradə və cəsarət tələb edirdi.
Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi uğrunda ardıcıl mübarizə apararaq tarixi xidmət göstərdi. O, ziyalıları və cəmiyyəti ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda səfərbər etdi, Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirdi.
Bu mübarizənin ən mühüm nəticələrindən biri 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Ulu Öndərin təşəbbüsü ilə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit edilməsi oldu. Həmin dövrün siyasi reallıqları nəzərə alındıqda bu qərar milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri hesab edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri kimi hüquqi status qazandı.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış etdi. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dövlət dili siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi və bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
2001-ci il 9 avqust tarixli Fərmanla hər il 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi. Bu qərar ana dilimizin qorunması və təbliği istiqamətində dövlət siyasətinin mühüm mərhələsi oldu.
2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri olduğu xüsusi vurğulandı.
Azərbaycan dilinin yazı normalarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində isə Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə "Azərbaycan dilinin Orfoqrafiya Normaları" təsdiq edildi.
Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində mühüm dövlət proqramları və sərəncamlar qəbul edilmişdir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinə dair tədbirlər bu siyasətin əsas istiqamətlərini təşkil edir.
2018-ci ildə imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman dilimizin saflığının qorunmasına yeni təkan verdi.
2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət, həmçinin dilin inkişafının təmin edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi.
Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsiri fonunda Azərbaycan dilinin saflığının qorunması daha da aktuallaşmışdır.
Prezident İlham Əliyev bu barədə demişdir:
"Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik."
Bu çağırış yalnız dövlət qurumlarına deyil, bütün cəmiyyətə ünvanlanmış məsuliyyət mesajıdır. Alimlər, müəllimlər, jurnalistlər, yazıçılar, media nümayəndələri, dövlət qulluqçuları və xüsusilə gənclər Azərbaycan dilinin normalarına əməl etməli, onu yad təsirlərdən qorumalı və düzgün şəkildə istifadə etməlidirlər.
Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlamış, müstəqillik dövründə isə dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan dili beynəlxalq aləmdə tanınan, zəngin lüğət ehtiyatına və yüksək ifadə imkanlarına malik müasir dillərdən biridir.
Ana dilimizi qorumaq, onun saflığını təmin etmək, zənginliyini gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Xarici dilləri öyrənmək müasir dünyanın tələbidir, lakin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin."
Azərbaycan dilinə sevgi və hörmət milli kimliyimizə, dövlətçiliyimizə və gələcəyimizə hörmət deməkdir. Dilimizi yaşatmaq isə Azərbaycanı yaşatmaq deməkdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 442   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam" - Şəhidin 6 yaşlı oğlu - Video

2020-ci ildə - Zəfər ilində doğulmuş şəhid övladları da bu gün birincə sinfə qədəm qoyurlar. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təhsil TV" videoçarx hazırlayıb. Videoda Suqovuşanın Talış kəndində qəhrəmancasına şəhid olan Cahid Qəniyevin oğlu Fərid Qənizadənin ilk dərs günü lent

15 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,

15 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr