"Ana dilimizin qorunması dövlətimizin siyasətinin mühüm istiqamətlərdən biridir" - AÇIQLAMA

"Ana dilimizin qorunması dövlətimizin siyasətinin mühüm istiqamətlərdən biridir" - AÇIQLAMA"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqı və dövləti qarşısında olan misilsiz xidmətləri sırasında respublikaya rəhbərlik etdiyi hər iki tarixi dövrdə ana dilimizin qorunması və inkişaf etdirilməsi məqsədilə atdığı addımlar, gördüyü işlər müstəsna əhəmiyyət daşıyır" - bunları Sonxeber.az -a danışan AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı deyib:

"Ulu Öndər Heydər Əliyev deyirdi: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik". Hələ sovet dönəmində Ümummilli Lider xalqın öz müstəqilliyinə nail olması üçün vacib amillərdən biri olan milli ideologiyanın formalaşdırılması üzərində çalışarkən, bu məsələdə ana dilinin həlledici rolunu düzgün qiymətləndirir və onun qorunması üçün məqsədyönlü addımlar atırdı. Məhz özünün gərgin səyləri nəticəsində Ulu Öndər keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev dühasının zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq müəyyən edilən siyasi kurs doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.
Ulu Öndər Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub və bu sahədə qısa müddət ərzində misilsiz nəticələr əldə edib. Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə, o cümlədən Azərbaycan dilinin qorunub-saxlanmasına, inkişafına və nəhayət, dövlət dili statusu almasına nail olub. Məhz Heydər Əliyevin misilsiz səyləri nəticəsində ana dilimizin bu ali statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunvericilik aktlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Ümummilli Lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri oldu. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib. Azərbaycanın böyük yazıçıları öz əsərlərini demək olar ki, yalnız ana dilində yazıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ana dilinin böyük təəssübkeşi olan Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1995-ci il oktyabrın 31-dən noyabrın 11-dək dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və dövlət dili olaraq Azərbaycan dili yekdilliklə qəbul edildi. Beləliklə, 1995-ci il noyabrın 12-də qəbul olunan yeni Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan dili dövlət dili elan edildi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndərin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, 2003-cü il yanvarın 2-də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi dilimizin inkişafı istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu. Bu Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlət dili siyasətini müasir dövrün tələblərinə uyğun formatda inkişaf etdirərək uğurla davam etdirir. Dövlətimizin başçısı tərəfindən bu xüsusda imzalanmış sərəncam və fərmanların geniş əhatə dairəsi ana dilimizin zənginləşməsinə və tətbiq dairəsinin daha da genişlənməsinə əvəzsiz töhfələr verir.
Çıxışlarının birində Prezident İlham Əliyev demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Dövlətimizin başçısı tərəfindən 2018-ci il noyabrın 1-də imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman da ölkəmizdə ana dilimizə dövlət qayğısının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 443   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy

15 sentyabr
.

Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMA

Yetkin şəxsin azyaşlı ilə birlikdə cinayət törətməsi hallarında məsuliyyət məsələsi yalnız uşağın hadisədə iştirak edib-etməməsi ilə məhdudlaşmır. Azərbaycan Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən, 18 yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayanı aldatma, vəd və ya hədə-qorxu yolu ilə cinayətka

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15 sentyabr