Çin 582 ton ağırlığında maqnit yaratdı: Bu qurğu nə üçündür?
Çin 582 ton çəkisi olan nəhəng ifratkeçirici maqnitin sınaqlarını uğurla başa çatdırıb. Bu qurğu termonüvə reaktoru üçün indiyədək hazırlanmış ən böyük maqnit hesab olunur və ölkənin "süni Günəş" layihəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, "Libertatea" nəşrinin yazdığına görə, Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutu 2026-cı ilin iyununda qurğunun sınaqlarını uğurla tamamlayıb.
Çin Elmlər Akademiyasının məlumatına əsasən, toroidal maqnit sahəsi sarğısının uzunluğu 21 metr, eni isə 12 metrdir. Qurğu 60 kA sabit elektrik cərəyanını saxlaya və 6,03 meqacoul enerji toplaya bilir.
Maqnitin yaratdığı sahənin gücü təxminən 6,5 tesladır. Bu göstərici standart MRT cihazlarının maqnit sahəsindən iki-dörd dəfə yüksəkdir. Qurğunun həcmi analoji sistemlərlə müqayisədə 30 faiz, enerji toplama qabiliyyəti isə üç dəfə çoxdur.
Layihədə istifadə olunan bütün material və komponentlər Çində istehsal edilib. Qurğunun hazırlanması altı il çəkib və bu müddətdə 47 patent əldə olunub.
Maqnit 16 eyni sarğıdan ibarətdir və birlikdə plazmanı saxlayan maqnit "qəfəsi" yaradır. Bu sistem 100 milyon dərəcə Selsidən yüksək temperaturda plazmanın sabit saxlanmasını təmin etməlidir. Bu temperatur Günəşin nüvəsindəki temperaturdan təxminən yeddi dəfə yüksəkdir.
Hazırlanan sistemin 2027-ci ilədək tamamlanması planlaşdırılan BEST (*Burning Plasma Experimental Superconducting Tokamak*) layihəsində istifadə olunacağı bildirilir.
Tokamak yüksək temperaturlu plazmanı güclü maqnit sahəsi ilə saxlayaraq termonüvə sintezi reaksiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş halqavari qurğudur.
Mütəxəssislərin qiymətləndirməsinə görə, termonüvə sintezi əsasında elektrik enerjisi istehsalına dair ilk sınaqların təxminən 2030-cu ildə başlaması gözlənilir. Bununla belə, texnologiyanın kommersiya miqyasında geniş tətbiqinin yalnız 2040-2050-ci illərdə mümkün olacağı proqnozlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2949 Tarix: 30 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKoretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrKral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabr