"Rəqəmsal məkanda Azərbaycan dilinin mövqeyi gücləndirilməlidir" - AÇIQLAMA
Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarix ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinin vacibliyini bir daha gündəmə gətirir. Müasir dövrdə Azərbaycan dilinin saflığının və ədəbi dil normalarının qorunması istiqamətində hansı addımlar atılmalıdır? Bu məsələdə təhsil müəssisələrinin, medianın və cəmiyyətin üzərinə hansı məsuliyyət düşür?
Mövzu ilə bağlı Sonxeber.az-a təhsil ekspeti Şəmsi Qoca danışıb.
O, açıqlamasında qeyd edib ki, bu məsələdə ən başlıca nümunə media və mətbuat mühitidir:
"Televiziya aparıcılarının, xəbər xidmətlərinin və jurnalistlərin işlətdiyi dil birbaşa cəmiyyətin nitq vərdişlərinə təsir edir. Redaktorluq və korrektorluq institutu yenidən fəal şəkildə bərpa olunmalı, efirə və mətbuata sızan orfoqrafik savadsızlığın, dilin kobudlaşdırılmasının qarşısı qətiyyətlə alınmalıdır.
Təhsil sistemində isə diqqət yalnız quru qrammatika qaydalarının əzbərlədilməsinə deyil, oxu mədəniyyətinin və səlis nitq qabiliyyətinin formalaşdırılmasına yönəldilməlidir. Şagird və tələbələrə bədii ədəbiyyat sevdirilməli, fikirlərini aydın və zəngin söz ehtiyatı ilə ifadə etmək bacarığı aşılanmalıdır.
Eyni zamanda, rəqəmsal məkanda Azərbaycan dilinin mövqeyi gücləndirilməlidir. Süni intellekt sistemlərində, proqram təminatlarında və internet resurslarında dilimizin orfoqrafik və qrammatik baxımdan qüsursuz təmsil olunması təmin edilməli, sosial şəbəkələrdə dilin korlanmasına qarşı sağlam ictimai qınaq formalaşdırılmalıdır.
Ana dilini qorumaq təkcə rəsmi qərarların işi deyil; bu, hər bir ziyalının, pedaqoqun, qələm adamının və valideynin gündəlik mənəvi borcudur".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Vəkil Orxan Kəngərli həbs edildi
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"