Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdı

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdıVeysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ADA Universitetinin tərəfdaşlığı ilə 15-26 iyul tarixlərində şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla yekunlaşıb.

"Zəfər" Amerika Yay Düşərgəsinin əsas məqsədi şəhid övladlarının beynəlxalq təcrübə qazanmalarına, liderlik və akademik bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə, eləcə də onların beynəlxalq təhsil və əməkdaşlıq imkanları ilə yaxından tanış olmalarına töhfə vermək olub.

İki həftə davam edən proqram çərçivəsində iştirakçılar ABŞ-nin siyasi, tarixi və akademik mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Düşərgə iştirakçıları Ağ Ev, ABŞ Kapitolu, ABŞ Ali Məhkəməsi və Konqres Kitabxanası kimi ölkənin mühüm dövlət institutlarını ziyarət edib, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Vaşinqton şəhərində fəaliyyət göstərən ADA Evində keçirilən təlim, seminar və mühazirələrdə iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar Smitsonian İnstitutu, Milli İncəsənət Qalereyası, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun tarixi Mount Vernon malikanəsi və Arlinqton Milli Məzarlığını da ziyarət edərək ölkənin tarixi, mədəniyyəti və dövlətçilik ənənələri haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, proqramda cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetinin ümumilikdə 10 nəfər şəhid övladı iştirak edib.

Veysəloğlu Şirkətlər Qrupu sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələri və onların övladlarının təhsilinə, şəxsi inkişafına və gələcək uğurlarına töhfə verən layihələrə davamlı dəstək göstərir. Şirkət gənclərin beynəlxalq bilik və təcrübə qazanmasını, onların potensialının inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsini özünün prioritet istiqamətlərindən biri hesab edir.

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdıVeysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdıVeysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdıVeysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdıVeysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdıVeysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çatdı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 673   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam" - Şəhidin 6 yaşlı oğlu - Video

2020-ci ildə - Zəfər ilində doğulmuş şəhid övladları da bu gün birincə sinfə qədəm qoyurlar. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təhsil TV" videoçarx hazırlayıb. Videoda Suqovuşanın Talış kəndində qəhrəmancasına şəhid olan Cahid Qəniyevin oğlu Fərid Qənizadənin ilk dərs günü lent

15 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,

15 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr