Avropanın sərhəd təhlükəsizliyi sual altında: Seutada yaşananlar nədən xəbər verir?

Avropanın sərhəd təhlükəsizliyi sual altında: Seutada yaşananlar nədən xəbər verir?İspaniyanın Seuta anklavında baş verən son hadisələr Avropa İttifaqının miqrasiya və sərhəd təhlükəsizliyi siyasətini yenidən diqqət mərkəzinə gətirib. Qısa müddətdə yaşanan kütləvi miqrasiya axını həm təhlükəsizlik, həm də geosiyasi risklərlə bağlı müzakirələri gücləndirib. Bəs məsələnin mahiyyəti əslində nədən ibarətdir və Avropa üçün hansı strateji çağırışlar gündəmə gəlir?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Oxu.Az-a açıqlamasında bildirib ki, Seuta böhranı miqrasiya, geosiyasət və Avropanın sərhəd təhlükəsizliyi dilemmasını üzə çıxardı:

"Orada baş verən son hadisələr Avropa İttifaqının (Aİ) miqrasiya və sərhəd təhlükəsizliyi siyasətinin hələ də ciddi sınaqlarla üz-üzə olduğunu bir daha nümayiş etdirdi. Qısa müddət ərzində on minlərlə insanın Mərakeşdən İspaniyanın anklavına keçməsi təkcə humanitar böhran yaratmadı, həm də Avropanın xarici sərhədlərinin nə dərəcədə etibarlı qorunduğu ilə bağlı sualları yenidən gündəmə gətirdi".

"Seuta və Melilya coğrafi baxımdan Afrikada yerləşsələr də, hüquqi baxımdan İspaniya və Avropa İttifaqının əraziləridir. Bu səbəbdən burada baş verən hər hansı sərhəd böhranı yalnız İspaniyanın deyil, bütövlükdə Avropa İttifaqının təhlükəsizlik məsələsinə çevrilir. Hadisələrin miqyası göstərir ki, məsələ təkcə qeyri-qanuni miqrasiya ilə məhdudlaşmır. Bir gecə ərzində təxminən 50 min nəfərin sərhədi qanunsuz keçməsi nəzarətin zəifləməsi ilə yanaşı, geosiyasi amillərin də prosesə təsir etdiyini göstərir. Bir sıra ekspertlər bunu Mərakeşlə Əlcəzair arasındakı regional rəqabət, həmçinin İspaniyanın son dövrdə hər iki ölkə ilə münasibətlərində yaranan dəyişikliklər fonunda qiymətləndirirlər. Bu isə miqrasiyanın bəzən siyasi təzyiq vasitəsinə çevrilə bildiyini bir daha ortaya qoyur", - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı uzun illərdir miqrasiya siyasətində vahid mövqe formalaşdırmaqda çətinlik çəkir:

"Cənub sərhədlərində yerləşən ölkələr daha böyük yük daşıdıqlarını bildirir, digər üzv dövlətlər isə məsuliyyət bölgüsü, sığınacaq prosedurları və sərhəd nəzarəti ilə bağlı fərqli yanaşmalar sərgiləyirlər. Seuta hadisələri bu fikir ayrılıqlarını yenidən üzə çıxardı".

"Böhran Avropa üçün daha bir mühüm reallığı da nümayiş etdirdi. Xarici sərhədlərin təhlükəsizliyi yalnız fiziki maneələr və əlavə hərbi qüvvələrlə təmin edilə bilməz. Miqrasiyanın əsas səbəbləri iqtisadi bərabərsizlik, silahlı münaqişələr, siyasi qeyri-sabitlik və insan alveri şəbəkələrinin fəaliyyətində gizlidir. Bunlar aradan qaldırılmadıqca bənzər hadisələrin təkrarlanması ehtimalı yüksək olaraq qalacaq. Bununla yanaşı, Avropa üçün Mərakeş kimi tranzit ölkələrlə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Son illərin təcrübəsi göstərir ki, sərhəd nəzarətində yaranan ən kiçik boşluq belə qısa müddətdə genişmiqyaslı miqrasiya axınına səbəb ola bilir və bu, həm təhlükəsizlik, həm də siyasi baxımdan ciddi nəticələr doğurur. Seutada yaşananlar Avropa İttifaqına bir daha xatırlatdı ki, miqrasiya artıq təkcə humanitar və sosial məsələ deyil. Bu, eyni zamanda xarici siyasət, milli təhlükəsizlik, regional geosiyasət və dövlətlərarası münasibətlərə birbaşa təsir göstərən strateji çağırışdır. Məhz buna görə də Aİ-nin xarici sərhədlərinin qorunması, miqrasiya siyasətinin koordinasiyası və tranzit ölkələrlə əməkdaşlığın gücləndirilməsi yaxın dövrdə Avropa gündəliyinin əsas prioritetlərindən biri olaraq qalacaq", - deyə müsahibimiz vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 369   Tarix: 01 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi mövqeləri güclənir" - AÇIQLAMA

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti Avrasiyanın diplomatik xəritəsində mühüm mərhələyə çevrilərək, Azərbaycanın regiondakı geostrateji mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Təşkilatın 25 illiyinə həsr olunmuş bu mötəbər forumda Prezident İlham Əliyevin iştirak

1 sentyabr
.

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib. Sonxeber AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyin

3 sentyabr
.

Azərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənə

2 sentyabr
.

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib

Torpaq və Mülki məcəllələrdə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsind

2 sentyabr
.

"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

İlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətini

2 sentyabr
.

İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. -a istinadən xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Azərbaycanl

2 sentyabr
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

4 sentyabr
.

Prezident Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib. "İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdə

4 sentyabr