Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib
Nepallı alpinist Nirmal Purja Pakistanın Qaraqorum dağlıq bölgəsində yerləşən 8047 metr hündürlükdəki Brod-Pik zirvəsində qar uçqunu nəticəsində həlak olub.
"Report" xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət zamanı N.Purja ilə birlikdə digər 9 dağçının da meyiti tapılıb.
N.Purja daha əvvəl sosial şəbəkə hesabında Brod-Pikə qalxmağın onun ilkin planlarına daxil olmadığını bildirmişdi. Lakin idmançı sonradan oksigen balonundan istifadə etmədən 14 səkkizminlik zirvənin hamısını 2 dəfə fəth edən ilk insan kimi tarixə düşmək istədiyini vurğulamışdı.
Qeyd edək ki, N.Purja 2019-cu ildə oksigen balonlarından istifadə etməklə 6 ay ərzində bütün səkkizminlikləri fəth edib. O, həmçinin sözügedən dağ sisteminin ikinci yüksəkliyinə ilk qış yürüşünün iştirakçısı olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 190 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib
İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koştaya məktub göndərərək İspaniyanın Seuta şəhərindəki miqrasiya böhranı ilə əlaqədar Aİ ölkələrinin daxili işlər nazirlərinin iştirakı ilə təcili videokonfransı
2 avqustKüveytdə İran PUA-ları hökumət obyektinə hücum edib
Küveytin şimalında İrana məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində hökumət obyekti və Bubiyan adasında bir şirkətə məxsus mülki obyekt vurulub. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Küveyt Silahlı Qüvvələrinə istinadən məlumat yayıb. Qeyd olunu
1 avqustÇində leysan həyatı iflic etdi: 65 min nəfər təxliyə edildi
Çin hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar təxminən 65 min nəfəri təxliyə edib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, avqustun 1-də leysan yağışları əyalətin inzibati mərkəzi olan Çend
2 avqustYaxın Şərqdə vəziyyət kritikləşir? - ABŞ-dən diqqətçəkən XƏBƏRDARLIQ
ABŞ-nin İsraildə və Yaxın Şərqin bəzi digər ölkələrindəki səfirlikləri bölgədə İranla gərginliyin gözlənilmədən kəskinləşə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb. xəbər verir ki, bu barədə "The Times of Israel" diplomatik nümayəndəliklərin yaydığ
2 avqust"OpenAI" xidmətlərinin aktiv istifadəçilərinin sayı bir milyardı ötüb
ABŞ-nin "OpenAI" süni intellekt şirkətinin xidmətlərindən istifadə edən aktiv istifadəçilərin sayı bir milyardı keçib. Şirkətin məhsullarından yararlanan şirkətlərin sayı isə iki milyondan çoxdur. xəbər verir ki, bu barədə "OpenAI"ın rəsmi saytında yayımlanan press-relizdə bildirilib
2 avqustİsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri zərərsizləşdirildi
İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS hərəkatının hərbi qanadına məxsus iki bölmə komandirinin zərərsizləşdirildiyini açıqlayıb. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. SAXAL-ın yaydığı bəyanata görə, Qəzza zolağının cənubuna endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın "Nuhba"
2 avqust