Hindistanda "Meta" şirkətinə qarşı cinayət işi açılıb
Hindistanın kibercinayətkarlıqla mübarizə polisi imtahan vərəqələrinin sızdırılmasına etirazlar fonunda Baş nazir Narendra Modiyə qarşı yönəlmiş saxta materialların yayılması səbəbindən "Meta" şirkətinin yerli ofis rəhbərinə, həmçinin bir neçə "Facebook" və "Instagram" hesabının idarəçilərinə qarşı iki cinayət işi qaldırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Times of India" məlumat yayıb.
Məhkəmə iddiaları baş nazirin təhqiramiz xarakterli saxta video və şəkillərinin sosial mediada yayıldığını bildirən şikayətçilər tərəfindən qaldırılıb.
"Biz "Meta" şirkətinə cari istintaq tədbirləri və şikayətçilərin qeyd etdiyi, narahatlıq yaradan istinadlar haqqında rəsmi xəbərdarlıq yollamışıq. Bundan başqa, günahkarları aşkarlamaq və saxlanılmasını təmin etmək məqsədilə onlar haqqında lazımi informasiyanı toplamağa çalışırıq", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib.
İstintaq orqanları informasiya texnologiyaları və şəxsi çəlumatların qorunması haqqında qanunların müvafiq tələblərinə əsaslanaraq, "Meta"nın Hindistandakı bölmə rəhbərini və həmin sosial media hesablarını idarə edən şəxsləri cinayətkar kimi məsuliyyətə cəlb edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 374 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr