Ermənistanda spiker vəzifəsinə yeganə namizəd Ruben Rubinyandır
Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə yeganə namizəd olaraq Ruben Rubinyanın namizədliyi irəli sürülüb.
"Report"un erməni mediasına istinadən verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının 36 yaşlı namizədi əvvəlki parlament tərkibində Milli Assambleya sədrinin müavinlərindən biri olub, həmçinin yaxın vaxtlara qədər Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndə vəzifəsini icra edib.
Qeyd edək ki, onun namizədliyi bu gün səhər Knyaz Həsənovun sədrliyi ilə başlayan Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclasında təqdim olunub.
İclas zamanı Ermənistan parlamentinin üç fraksiyası öz rəhbərlərini və katiblərini seçib. "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Arusyak Manavazyan, katibi isə Volodya Akopyan seçilib. "Güclü Ermənistan" fraksiyasına Narek Karapetyan rəhbərlik edəcək, Tiqran Abramyan isə katib vəzifəsini tutacaq. "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan, katibi isə Artur Xaçatryan seçilib.
Ermənistan Milli Assambleyasının 9-cu çağırışında "Vətəndaş müqaviləsi" fraksiyasının 64 deputatı, "Güclü Ermənistan" fraksiyasının 29 deputatı, "Ermənistan" fraksiyasının isə 12 deputatı var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 520 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr