Macarıstanda "Pakş" AES 44 ildə ilk dəfə söndürüləcək
Macarıstanın Baş naziri Peter Madyar havaların anomal isti keçməsi və Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən "Pakş" Atom Elektrik Stansiyasının (AES) tam dayandırılacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.
Baş nazir bildirib ki, Dunay çayında suyun səviyyəsinin daha da aşağı düşməsi ilə əlaqədar avqustun 2-nə keçən gecə saat 01:30-da (Bakı vaxtı ilə saat 03:30) stansiyanın sondan əvvəlki enerji bloku da söndürüləcək.
"Beləliklə, stansiyanın gücü 240 meqavata qədər azalacaq və səhər saatlarında, son 44 ildə ilk dəfə olaraq, "Pakş" AES tamamilə fəaliyyətini dayandıracaq", - deyə Peter Madyar qeyd edib.
Bundan əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, Macarıstan hökuməti Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən "Pakş" AES-in fəaliyyətinin bir neçə həftəlik dayandırılmasına icazə verib. Bildirilir ki, suyun azalması reaktorların soyudulması prosesini çətinləşdirir. İlkin plana əsasən, stansiyanın fəaliyyətini avqustun 3-də dayandırması nəzərdə tutulurdu.
Qeyd edək ki, Mərkəzi Avropada müşahidə olunan anomal istilər və quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsi son illərin ən aşağı həddinə enib. Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan yaranmış vəziyyəti ölkə üçün misli görünməmiş hadisə kimi qiymətləndirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 490 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr