Rubio: Venesuelada seçkilərin keçirilməsi zəruridir
Venesuelada gələcəkdə seçkilərin keçirilməsi zəruridir, lakin indi bunun üçün uyğun vaxt deyil.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son nəticədə ölkədə hakimiyyət keçidi baş tutmalı və bütün səviyyələrdə legitim seçkilər keçirilməlidir ki, yeni rəhbərlik xalqdan alınmış qanuni mandata malik olsun.
Rubio qeyd edib ki, bu yolda ilk addım milli barışıq olmalıdır, çünki Venesuela cəmiyyəti uzun müddətdir ki, siyasi baxımdan parçalanmış vəziyyətdədir.
Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, Venesuela bir çox iqtisadi problemləri həll etməlidir və hazırda ilkin vəzifə ölkədə vəziyyətin sabitləşdirilməsidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 462 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr