Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?
Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henri Kavill ideal üz quruluşuna ən yaxın nümunələr kimi göstərilib.
Qaynarinfo xəbər verir ki, tədqiqat çərçivəsində 601 gəncin üzü 3D texnologiyası ilə skan edilib. Alimlər hər bir simanı 716 rəqəmsal istinad nöqtəsi əsasında təhlil ediblər. Daha sonra üç qadın və üç kişidən ibarət müstəqil ekspert qrupu iştirakçıların üzlərini 0-dan 100-ə qədər şkala üzrə qiymətləndirib.
Araşdırma göstərib ki, ən cəlbedici hesab olunan qadın üzləri daha incə formaya, dolğun dodaqlara və ifadəli cizgilərə malik olub. Bundan əlavə, dar burun, bir qədər qabarıq burun ucu və zərif yanaq xətləri də yüksək qiymətləndirilib. Alimlərin fikrincə, bu xüsusiyyətlər Marqo Robbi və model Elsa Hosk kimi məşhurların simasında aydın görünür.
Kişilərdə isə daha çox iti konturlu üz quruluşu, güclü və aydın seçilən çənə xətti üstünlük qazanıb. Tədqiqat müəllifləri bildirirlər ki, bu xüsusiyyətlər aktyor Henri Kavill və model Devid Gandi kimi tanınmış simalarda müşahidə olunur.
Mütəxəssislər vurğulayırlar ki, cəlbedicilik tək bir üz cizgisi ilə müəyyən edilmir. Əsas rol bütün üz elementlərinin harmonik nisbəti və bir-birini tamamlamasıdır.
Tədqiqatın müəlliflərindən, Afina Universitetinin alimi Georgios Kanavakis bildirib ki, fiziki cazibədarlıq insanların gündəlik münasibətlərində mühüm rol oynayır və ilk təəssüratın formalaşmasına ciddi təsir göstərir. Onun sözlərinə görə, bu amil romantik münasibətlərdən tutmuş peşəkar uğurlara qədər bir çox sahədə əhəmiyyət kəsb edə bilər.
Araşdırmada daha bir maraqlı nəticə ortaya çıxıb. Müxtəlif ölkələrdə 1,5 milyondan çox üz qiymətləndirilməsinin təhlili göstərib ki, qadın simaları ümumilikdə kişi simalarından daha cəlbedici hesab olunur. Orta statistik qadın üzü kişilərin 64 faizindən daha yüksək qiymət alıb.
Alimlər hesab edirlər ki, bunun səbəblərindən biri kişi üz cizgilərinin şüuraltı səviyyədə daha aqressiv və sərt qəbul edilməsidir. Xüsusilə qadın iştirakçılar qadın simalarını kişilərdən daha yüksək qiymətləndiriblər.
Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr estetik cərrahiyyə sahəsində də faydalı ola bilər. Onların fikrincə, insanların cazibədar hesab etdiyi üz xüsusiyyətlərini öyrənmək həkimlərə pasiyentlərin gözləntilərini daha dəqiq anlamağa və daha uğurlu nəticələr əldə etməyə kömək edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...